azia.az
azia.az

“Zərdabi Mətbuat Mərkəzi” İB yeni layihəsinin icrasına başlayıb

12-04-2017, 15:40

“Zərdabi Mətbuat Mərkəzi” İB yeni layihəsinin icrasına başlayıb

"Zərdabi Mətbuat Mərkəzi" İctimai Birliyi “İlk mənbədən informasiya alınmasının təşviqi ilə “Açıq hökumət” quruculuğuna dəstək” layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən layihə aprel-iyul aylarını əhatə edəcək. Bu barədə "Ekspress.az"a İctimai Birlikdən bildirilib.

Layihə ilk mənbədən informasiya alınması sahəsindəki tendensiyaların öyrənilməsini, mövcud sahədəki problem və çətinliklərin diqqətə çatdırılmasına dəstək göstərilməsini hədəf seçib. Bu hədəfə çatmaq üçün ilk mənbə rolunda çıxış edən müvafiq qurumların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə toplantıların təşkili, qarşılıqlı müzakirələrin aparılması nəzərdə tutulur.

Buna görə də ölkəmizin Lənkəran, İsmayıllı və Salyan rayonlarında “İlk mənbədən informasiya alınması: mövcud durum və perspektiv vəzifələr” mövzusunda “dəyirmi masa”lar keçiriləcək. Tədbirlərdə ilk mənbədən informasiya alınması sahəsindəki problematik məqamlar, qanunvericiliyin tələbləri, dünya təcrübəsi ətraflı müzakirə ediləcək.

NƏRGİZ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi