azia.az
azia.az

ADU-da “Zərif qəhrəmanlar” mövzusunda “dəyirmi masa”

9-04-2016, 14:39

ADU-da “Zərif qəhrəmanlar” mövzusunda “dəyirmi masa” Aprelin 8-də Azərbaycan Dillər Universitetində (ADU) “Zərif qəhrəmanlar” mövzusunda “dəyirmi masa” keçirilib.

ADU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə son günlərdə cəbhədə qəhrəmancasına həlak olan hərbçilərimizin və mülki vətəndaşların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Professor Məsməxanım Qazıyeva aprelin 1-dən 2-nə keçən gecə cəbhədə erməni təxribatı nəticəsində baş verən hadisələrdən danışıb, işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda xalqımızın həmrəyliyini xüsusi vurğulayıb.

Bildirilib ki, Azərbaycan qadını tarixən mərdlik, şücaət, mübarizlik, mətinlik kimi yüksək dəyərlərə malik olub. Döyüş meydanlarında qəhrəmanlığı ilə seçilən qadınlarımız arxa cəbhədə də fəallıq göstəriblər.

Çıxış edənlər qadınların məğrur, dözümlü, səbirli, eyni zamanda, zərif olduqlarını bildirib, onların cəmiyyətimizdə tutduqları özünəməxsus yerdən və fəaliyyətlərindən söz açıblar.

Tədbirdə Azərbaycan qadınları ilə bağlı videoçarx göstərilib, milli vətənpərvərlik ruhunda şeir və mahnılar səsləndirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi