azia.az
azia.az

Bacısının başını kəsən qardaş: "Dəfələrlə xəbərdarlıq etmişdim"

23-06-2016, 23:28

Bacısının başını kəsən qardaş: "Dəfələrlə xəbərdarlıq etmişdim" 4 gün əvvəl Tovuzda 17 yaşlı bacısının boğazını kəsən qardaş danışıb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, qətlə yetirilən Günay Gülməmmədovanın qardaşı 1994-cü il təvəllüdlü Ruslan Gülməmmədov istintaqa ilkin ifadəsində bacısının boğazını kəsdiyini və qarın nahiyəsindən bıçaq zərbəsi endirdiyini bildirib və qətlin səbəbini də açıqlayıb:

“Bacımı qısqanclıq zəminində öldürmüşəm. Bir neçə dəfə onun telefonla danışdığını aşkarlamışam və xəbərdarlıq etmişəm. Lakin Günay bu xəbərdarlıqlara məhəl qoymadı. Hadisə baş verən gün günorta saatlarında Günay evimizin yaxınlığından keçən Əsrik çayının sahilinə getdi. Mən də onun ardınca getdim və onu öldürdüm”.
İyunun 19-da Tovuzda törədilmiş qətlin üstü açılıb. Lent.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Əsrik çayının Tovuzun Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində meyiti tapılan 17 yaşlı Günay Gülməmmədovanın qardaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Aşağı Quşçu kənd sakini 22 yaşlı Ruslan Gülməmmədov bacısını bıçaqla boğazını kəsərək öldürüb, çayın üzərindəki körpünün altına atıb. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir. Ruslan Gülməmmədov saxlanılıb. Aşağı Quşçu Bələdiyyəsinin sədri Tofiq Hüseynov da faktı təsdiqləyib. 17 yaşlı qız orta məktəbin 9-cu sinfini bitirdikdən sonra təhsilini yarımçıq saxlayıb. Anası bir müddət əvvəl vəfat edib, taksi sürücüsü olan atası isə başqa qadınla ailə qurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi