azia.az
azia.az

Ərdoğan bu sazişi təsdiqlədi - Türkiyə Azərbaycana yardım göndərəcək

7-07-2021, 20:26


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardım göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib.
aZİA.AZ xəbər verir ki, sənəd 2021-ci ilin martın 31-də imzalanıb.
Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir və Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim imzalayıb.
Ərdoğan bu sazişi təsdiqlədi - Türkiyə Azərbaycana yardım göndərəcək
Sənədə əsasən, Türkiyə Azərbaycana 100.000 qutu Favipiravir dərmanı göndərəcək. Yardım kimi verilən bu dərman Azərbaycanda səhiyyə xidmətlərinin göstərilməsində istifadə ediləcək.

Qeyd edək ki, Favipiravir əsasən Yaponiyada qripin müalicəsi üçün istifadə olunan effektiv antivirus dərmanıdır. Bu preparat həmçinin, Rusiya, Yaponiya və Hindistan kimi bir sıra ölkələrdə SARS-CoV-2 koronavirusunun müalicəsində də istifadə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi