azia.az
azia.az

Allahın sevdiyi kəlmələr

18-10-2019, 12:18

Allahın sevdiyi kəlmələr Uca Allah müsəlmanlara savab qazanmaq üçün müxtəlif yollar bildirmişdir. Müsəlman tək əməlləri ilə yox, dili ilə tələffüz olunan sözlərlə də Allahın razılığını qazana bilər. Allahın razılığını qazandıran sözlərə Onu zikr etmək də daxildir.

Zikrlər müxtəlifdir, bunlardan biri olan “Subhən-Allahi və bihəmdihi” (Allah pak və müqəddəsdir! Ona həmd olsun!) zikri haqda olan hədislərdən bəziləri bunlardır:

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Allah üçün ən sevimli kəlməni sənə bildirim?” Mən dedim: “Ey Allahın Elçisi, Allaha ən sevimli kəlməni mənə bildir!”

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Allaha ən sevimli kəlmə: “Subhən-Allahi və bihəmdihi”- (kəlməsidir)”. (Muslim, 7102).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Həqiqətən, Allaha ən sevimli kəlmə qulun “Subhən-Allahi və bihəmdihi”- deməsidir”. (İmam Əhməd, 20459).

Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşdular: “Hansı kəlmə ən fəzilətlidir?” O buyurdu: “Allahın mələkləri və qulları üçün seçdiyi: “Subhən-Allahi və bihəmdihi”- kəlməsidir”. (Muslim, 2731).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gün ərzində yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- deyər­sə, günah­ları dəniz köpüyü qədər olsa belə silinər”. (əl-Buxari, 6405).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim gecə qalx­ma­ğa çətinlik çəkər, malı xərcləməyə xəsislik edər və ya düşmənlə vuruşmaq­dan qorxarsa, “Subhən-Allahi və bihəmdihi”- demə­yi çoxaltsın. Şübhəsiz ki, bu kəlmə Uca Allaha Onun yolunda dağ boy­da qızılı xərclə­məkdən daha sevimlidir”. (ət-Tabərani “Mucəmul-Kəbir” 7800).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Kim səhər və axşam yüz dəfə: “Subhən-Allahi və bihəmdihi”- de­yər­­sə, Qiyamət günü onun dediyi kimi və ya ondan daha çox söylə­yəndən başqa heç kəs onun gətirdiyindən daha fəzilətli bir şey gətirə bilməz”. (Muslim, 4858)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi