azia.az
azia.az

“Olympus Park” rəhbərinin dayısı oğlu şirkətlə bağlı yazılan yazıya görə “Yeni Müsavat”ın əməkdaşını hədələdi- FOTO

17-09-2021, 09:25


“Olympus Park”ın qanunsuz əməlləri ilə bağlı Musavat.com saytında dərc olunan yazıya görə şirkətin rəhbərinin dayısı oğlu jurnalisti hədələyib.
“Olympus Park” rəhbərinin dayısı oğlu şirkətlə bağlı yazılan yazıya görə “Yeni Müsavat”ın əməkdaşını hədələdi- FOTO
“Olympus Park” şirkətinin rəhbəri Rafael Qarayevin dayısı oğlu Vüqar Fərəcli yazının müəllifi olan əməkdaşımız İlkin Muradova sosial şəbəkədə hədə-qorxu gəlib. Vüqar Fərəcli iddia edir ki, əməkdaşımız araşdırılmamış yazı dərc edib və buna görə də vaxtı ilə mərhum jurnalist Rasim Əliyevə vurulan yumruqlardan İlkin Muradova da vurmaq lazımdır.

Şirkətin rəhbəri olan Rafael Qarayevin ətrafında olan xeyli sayda idmançı var ki, onların çoxu da bu şirkətdə çalışır. Onlardan biri də Vüqar Fərəclidir.



Vüqar Fərəcli

İdmançı görünüşlü Vüqar Fərəcli kimdir və niyə şirkət barəsində yazılan həqiqətlərə görə sinəsini qabağa verir?

Araşdırmalarımız zamanı məlum olub ki, Vüqar Fərəcli şirkətin rəhbəri Rafael Qarayevin dayısı oğludur. Uzun müddət Moskvada çalışan Vüqar Fərəcli Bakıya gəldikdən sonra Rafael Qarayevin rəhbərlik etdiyi “Olympus Park” şirkətinin 28 maydakı layihəsində rəhbər şəxslərdən biri olub. Vüqar Fərəclinin şirkətdən narazı vətəndaşlarla yaranan mübahisələrdə iştirakını sübut edən görüntülər də var.

Vüqar Fərəcli nədən narazıdır və “Olympus Park”la bağlı nələr yazmışıq?

Yazmışıq ki, son illər paytaxt Bakıda bir neçə böyük yaşayış kompleksinin tikintisini həyata keçirən “Olympus Park”la bağlı məhkəmə çəkişmələri, mübahisəli məsələlər həllini tapmır.

Yazmışıq ki, şirkət “28 May” ünvanındakı tikintisi zamanı ağacları kəsib. Buna görə şirkətə cinayət işi açılıb. Bunu sübut edən rəsmi sənədlər var.

“Olympus Park” rəhbərinin dayısı oğlu şirkətlə bağlı yazılan yazıya görə “Yeni Müsavat”ın əməkdaşını hədələdi- FOTO

Yazmışıq ki, Nərimanov layihəsində də şirkətə cinayət işi açılıb. Çünki şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan söküb və bu günə qədər razılıq əldə edilməyib. Bunu sübut edən məhkəmə qərarı var. Narazı vətəndaşların qarşılaşdıqları özbaşınalıqlarla bağlı yerli mətbuatda kifayət qədər açıqlamaları var.

Yazmışıq ki, Səbail rayonundakı layihədə də eyni problem yaranıb və şirkətin tikdiyi 3 binadan birinə həbs qoyulub.

Yazmışıq ki, Xətai rayonunda kompleks tikilən zaman “Lider” idman klubu qanunsuz olaraq sökülüb.

Şirkət icazəsi olmadığı halda bir ildən artıq müddətdə tikinti işlərinə başlayıb. Bu azmış kimi, tikintiyə icazə olmadığı halda idman klubunu da söküblər.

Rəsmi sənədlərdə göstərilir ki, onlara bu ilin iyun ayında tikinti üçün rəsmi icazə verilib. Şirkətə rəsmi icazə verildiyi vaxt artıq binanın 8-ci mərtəbəsi inşa edilibmiş.

Hətta Dövlət Şəhərsalma və Arxitektura idarəsi də rəsmi olaraq bildirib ki, tikintinin icazəsi yoxdur və buna görə də dayandırılıb. Məlum olub ki, şirkət tikintiyə 2-3 ay əvvəl icazə alıbmış.

Yazmışıq ki, sökülən idman klubun rəhbəri İlham Sərdarov məsələ ilə bağlı bütün rəsmi qurumlara müraciət edib. Lakin bu günə qədər problemin həll yolu tapılmır. Klub rəhbəri dəymiş ziyanı, kompensasiyanı ala bilmir. Bu azmış kimi şirkət ondan şikayətçi olub.

“Olympus Park” rəhbərinin dayısı oğlu şirkətlə bağlı yazılan yazıya görə “Yeni Müsavat”ın əməkdaşını hədələdi- FOTO

Vüqar Fərəclinin əməkdaşımıza yazdığı rəy

Belə ki, şirkət rəsmiləri həm "Musavat TV"yə, həm də digər yerli mediaya müsahibələrində klubun sökülməsini tikinti qəzası olduğunu deyiblər. Şirkət rəsmiləri İlham Sərdarovla danışıqlar apararaq məsələnin həllinə çalışdıqlarını da söyləmişdilər.

Amma sonradan şirkət Xətai Rayon Məhkəməsinə iddia ilə müraciət edib. Rəsmi olaraq “RS Construction” MMC olaraq qeyd edilən şirkət (Olympus Park) iddia ərizəsində göstərir ki, idman klubunu İlham Sərdarov özü söküb. Əlavə olaraq şirkət İlham Sərdarovdan 1 milyon manat da təzminat istəyir. Bu təminatı da belə əsaslandırır ki, İlham Rəhimov mətbuata verdiyi açıqlamalarla şirkətin işgüzar nüfuzuna xələl gətirib.

Amma indi şirkət rəhbərliyi yenidən deyir ki, klubu özləri söküblər. Bütün bunları edən şirkət rəhbərliyinin özüdür və qeyd edilənlərin hamısı rəsmi sənədlərlə, video-sübutlarla öz təsdiqini tapır.

Xatırladaq ki, bir müddət əvvəl də Fövqəladə Hallar Nazirliyi şirkətin tikinti işlərini dayandırmışdı.
“Olympus Park” rəhbərinin dayısı oğlu şirkətlə bağlı yazılan yazıya görə “Yeni Müsavat”ın əməkdaşını hədələdi- FOTO
Qeyd edək ki, adı çəkilən şirkət İlham Sərdarovun razılığı olmadan onun idman klubunu içərisində əşyaları olmaqla gecə yarısı sökmüşdü. İlham Sərdarov bu cinayət hadisəsi ilə bağlı bir ildən çoxdur rəsmi qurumlara və məhkəməyə müraciət edib.

Yazmışıq ki, şirkətin daha bir qalmaqalı Nəsimi rayonundakı layihədə baş vermişdi. Şirkət vətəndaş Mansur Ələkbərova məxsus evi qanunsuz olaraq sökmüşdü. Aylarla davam edən məhkəmə çəkişmələrindən sonra şirkət vətəndaşla razılığa gələrək məsələni həll etmişdi. Bu məsələ ilə bağlı da “Musavat TV” bir neçə videoreportaj yayımlanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi