azia.az
azia.az

“Meyvəli terminalı”na yaxın Afiyddin Leysanovun “bazarında” Bank xidməti nə vaxt olacaq?

4-06-2020, 17:00


“Mevəli terminalı”na yaxın Afiyddin Leysanovun “bazarında” Bank xidməti nə vaxt olacaq?

Son günlər Daxili İşlər Nazirliyində aparılan islahatlar sözün həqiqi mənasında yüksək qiymətləndirildi. Əlbətdə ki, ölkədə sabitliyin qorunmasında və cinayətkarlığa qarşı mübarizədə hüquq mühafizə orqanlarının xidmətləri danılmazdır. Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun polis orqanlarında apardığı islahatlar cəmiyyətimiz tərəfindən alqışlandı. Amma bütün qeyd etdiklərimiz Baş Dövlət Yol Polis İdarəsindən nədəsnsə yan keçir. Ölkə mətbuatına istinadən bildiririk ki, ən çox neqativ olaylar Qeydiyyat-İmtahan İdarəsində yaşanır. Onu da nəzərinizə çatdıraq ki, təkzib olunmaz məlumatlar bu gün də yayımlanır. Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində vəziyyətin hansı yerdə olduğu heç kimə sir deyil. Redaksiyamıza müraciət edən vətəndaş bildirir ki, “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində bank xidməti yoxdur. Yəni, avtomobil alan vətəndaş dövlət rüsümü banka ödəməli və qəbzi təqdim etməlidir. Lakin burda 7-ci otağ həm bank fünksiyasını yerinə yetirir, həm hə vətəndaşlardan dövlət rüsümündən artıq pul alır. Digər bir maraqlı məqam ondan ibarətdir ki, vətəndaşlara ərzə yazmağ üçün şərait yaradılmayıb. Görünür, rüşvətlə kifayətlənməyən Qeydiyyat-imtahan şöbəsininin əməkdaşları ərizədən də gəlir əldə etməkdən belə çəkinmirlər. Ərzə formasını stol üzərinə qoyulmalı və vətəndaş eyni ilə ərzə blankını doldurmalıdır. Lakin vətəndaş 10 manat ödəyəndən sonra kompüterdə ərzə yazılır vətəndaş imzalayır. Bütün qeyd etdiklərimiz bir mənalı şəkildə real faktdır. Digər bir neqativ hall ondan ibarətdir ki, rayon qeydiyyatında olan vətəndaş Bakı şəhərində avtomaşın alırsa mütləq şəkildə 300 və daha çox ödəməlidir(300 manat 1.5 mühərrik üçün alınır). Nəzərdə tutulan 1.5 mühərrik dövlət rüsümü 70 manat olduğu halda, 300 manat alınır. Qanunvericliydə bildirilir ki, vətəndaş bir başa getməlidir Banka və ödəniş etdikdən sonra bank əməkdaşı ilə yanaşı sənədə imza atmalıdır. Və bundan sonra həmən vətəndaşa qəbz verilir. Bu günlərdə yeni avtomaşın alan vətəndaşdaş rəsimləşdirmək üçün 1000 manat pul ödəyir(10TJ800). Bir sözlə, Baş Dövlət Yol Polisi İdarəsinin “Meyvəli terminalı”na yaxın ərazidə fəaliyyət göstərən Qeydiyyat-imtahan şöbəsində açıq bazar elan olunub. Belə bir quqruma nəzərət olunmadığı isə şübhələr yaradır. Bir daha nəzərinizə çatdıraq ki, “nömrə biznesinin kralı” kimi tanınan Afiyəddin Leysanov və Seymur Nəsirov yuxarıda qeyd etdiyimiz neqativ halların bir başa məsüliyyətini daşıyır. Məsələ ilə bağlaı Seymur Nəsirovla əlaqə saxlamağa çalışdıq, nə yazırsınız yazın mən sizə münasibət bildirmirəm, nə olsun Prezidentdən də yazırlar. Xatırladaq ki, Seymur Nəsirov "Qara kəmər" əməliyyatında saxlanılmış Daxili İşlər nazirinin sabiq müavini Zakir Nəsirovun oğludur. Yazılan məlumatlara nazir Vilayət Eyvazovun nəzərində cavab axtarmağa çalışacağıq.

Mövzü diqqətdədir. [media=https://www.youtube.com/watch?v=Vj9Nu7EQqCs&feature=youtu.be]

Azia.az

“Meyvəli terminalı”na yaxın Afiyddin Leysanovun “bazarında” Bank xidməti nə vaxt olacaq?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi