azia.az
azia.az

“Zaminbank”ın filial müdirinə və işçilərinə ağır cəza istənildi

28-08-2017, 17:45

“Zaminbank”ın filial müdirinə və işçilərinə ağır cəza istənildi


Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Zaminbank" ASC-də filial müdiri işləmiş Müşfiq Bayramov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

M.Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də bankın digər 6 əməkdaşı barəsində həbs qətimkan tədbiri seçilməyib.

Musavat.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında M.Bayramov 11 il 6 ay. Azadlıqdan olanlar- Mübariz Gözəlovun 9 il, Vasif Həsənovun 5 il, Nalə İsgəndərovanın 4 il, Mehriban İsmayılovanın 4 il, Nuranə Kərimlinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş M.Bayramov və digərləri sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdarda pulu mənimsəməkdə təqsirli bilinir.

O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar.

M.Bayramov bankın filial müdiri olarkən öz şirkəti üçün də 253 min manat kredit ayırıb. Mirvari satışı ilə məşğul olan şirkəti özü təsis edib, direktoru isə həyat yoldaşı olub. Filial müdiri krediti həyat yoldaşının adına ayırıb. Sonradan bu məbləğ ödənilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi