azia.az
azia.az

“Juventus” 2015-ci ildən bu yana ilk dəfə ölkə çempionatının ev oyununda xal itirib

7-05-2017, 17:32

“Juventus” 2015-ci ildən bu yana ilk dəfə ölkə çempionatının ev oyununda xal itirib

İtaliyanın “Yuventus” klubu ölkə çempionatının 35-ci turunda son anda “Torino”ya məğlubiyyətdən qaça bilib.

“Report” xəbər verir ki, “Yuventus”un stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda qolları Adem Lyaiç (52-ci dəqiqə) və Qonsalo İquain (90+2) vurub.

“Yuventus” 23 sentyabr 2015-ci il tarixindən “A” Seriyasının ev oyunlarında xal itirməyib. Həmin zaman turinlilər “Frozinone” ilə heç-heçə (1:1) oynayıblar. O oyundan sonra “Yuventus” ardarda 33 oyun qələbə qazanıb. “Yuve”nin İtaliya çempionatının ev oyunlarında məğlubiyyətsizlik seriyası isə 36 matçdır davam edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi