Həmin oyunda hesab 0:0 olubDÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən İrlandiya-Uels oyununda meydan sahiblərinin kapitanı Şeymus Koulman ağır zədələnib. İstiPress xəbər verir ki, top uğrunda mübarizədə Uels yığmasının müdafiəçisi Nil Teylor İngiltərənin “Everton” klubunda forma geyən Şeymus Koulmanın sağ ayağına zərbə endirib.
Matçdan sonra irlandiyalıların baş məşqçisi Martın Onil Şeymus Koulmanın ayağının sındığını bildirib. Qeyd edək ki, epizoddan sonra Nil Teylor birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İrlandiya-Uels matçı 0:0 hesabı ilə başa çatıb.