Boksçunun oğlu hava limanında saxlanılıb
Boksun kralı dünyasını dəyişmiş əfsanəvi Məhəmməd Əlinin oğlu Məhəmməd Florida hava limanında miqrasiya rəsmiləri tərəfindən saxlanılıb. İstiPress-in məlumatına görə, boksçunun oğlu anası Xaliha Kamaço ilə Fort Lederdeyl şəhərindəki "Hollywood" beynəlxalq aeroportuna Yamaykadan gəliblər.
Məlumata görə, hava limanının təhlükəsizlik əməkdaşları Əlidən dəfələrlə adının niyə belə olduğunu və onun müsəlman olub-olmadığını soruşublar. Həmçinin, Məhəmməd Əlinin müsəlman olduğu təsdiqlənəndən sonra da onun sorğu-sualına davam edilib. Qeyd edək ki, boksçu Məhəmməd Əlinin oğlu Məhəmməd Əli Filadelfiyada doğulub və ABŞ vətəndaşıdır.
Məhəmməd Əlinin oğlu Məhəmməd Əli