Obama Məhəmməd Əlinin boks əlcəklərini yadigar saxlayır
ABŞ prezidenti Barak Obama məşhur boksçu Məhəmməd Əlinin vəfatı ilə bağlı kədərlənir və hesab edir ki, o böyük bir insan olub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin şənbə günü yaydığı bəyanatda deyilir.
Obama həmçinin bildirib ki, Əlinin boks əlcəklərini öz evində saxlayır, məhz o "əfsanəvi" şəkilin altında, hansında ki, 22 yaşlı çempion Sonni Liston üzərində qələbə qazandığı an təsvir olunub.
Məhəmməd Əli 74 yaşında Finiks (ABŞ) xəstəxanalarının birində cümə günü dünyasını dəyişib. Boksçu orada son bir neçə gününü ağciyərində yaranan problemə görə keçirmişdi. İdmançı 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkirdi.
O, iyunun 10-da Kentukki ştatının Luisvil şəhərində dəfn olunacaq.