azia.az
azia.az

“Azәrbaycanla oyuna ciddi itkilәrlә hazırlaşırıq“

28-09-2016, 09:26

“Azәrbaycanla oyuna ciddi itkilәrlә hazırlaşırıq“
Çexiya yığmasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniya və 3 gün sonra millimizlə oyundan öncə jurnalistlərin suallarını cavablandırıb

PİA.AZ goal.az-a istinadən xəbər verir ki, Yarolim zədəli futbolçuların çoxluğundan şikayətlənib:

- İlk oyunumuzda da bəzi zədə problemləri ilə üzləşmişdik. İndi də elədir. Almaniya və Azərbaycana qarşı ciddi itkilərlə hazırlaşırıq.

- Almaniya və Azərbaycanla oyundan neçə xal götürməyi hədəfləyirsiz?

- İndidən söz vermək düz deyil. Heyətlə bağlı problemlər məni üzür. Bu səbəbdən hər iki oyun çətin olacaq.

- Heyətə 4 yeni futbolçu cəlb edilib. Onlar zədəlilərin boşluğunu doldura biləcək?

- Vladimir Daridanın yoxluğu bizim üçün ciddi itkidir. Tomaş Şivok son zamanlar yaxşı formadadır. Həmçinin gənc oyunçu Patrik Şik də. Şiki hücum xəttində sınamağı düşünürəm. Tomaş Neçid və Milan Şkodanın yoxluğunda özünü yaxşı tərəfdən göstərə bilər. Şikin U-21-in heyətində Belçikaya qarşı keçirdiyi oyunu izləmişəm. Fikrimcə, faydalı olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi