azia.az
azia.az

Azərbaycan dərsliyində növbəti BİABIRÇILIQ: - Valideynlər etiraz etdi - FOTO

5-10-2017, 14:05

Azərbaycanda rus sektoru üçün buraxılmış dərs vəsaitindəki mətn valideynlər tərəfindən ciddi müzakirə edilib.

BiG.AZ xəbər verir ki, valideynlər həmin mətnin uşaqların psixologiyasını pozduğunu iddia edib.

Mətnin azərbaycanca tərcüməsini təqdim edirik:

"Vitya Şeqlov xəstələnib. Anası həkim çağırıb. Vitya bir müddət dərsə gedə bilməyib. Vityanın dost-tanışları, müəllimi ona tez-tez baş çəkib, dərsləri ona başa salıb, tapşırıqları yoxlayıb.
4 həftə sonra isə Vitya ölüb".

Valideynlər bu kimi mətnləri uşaqlarının psixologiyasına təsir etdiyini, onların xəstələnən kimi ölə biləcəyini deyiblər. Onlar fotoya "Bunu oxuyandan sonra uşaq hər naxoşlayanda qorxu tutar onu kimi Vitya kimi öləcək", "Nə ağıla qulluq edir bu kitab müəllifləri?" və s. kimi sözlər yazaraq etiraz ediblər.
Azərbaycan dərsliyində növbəti BİABIRÇILIQ: - Valideynlər etiraz etdi - FOTO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi