"Qəbul imtahanlarının formatı dəyişməlidir".
"Sherg.az" xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndi feysbuk hesabında yazıb.
O bildirib:
"Xüsusilə, blok imtahanında səhv cavabların doğru cavablara təsir mexanizmi aradan qaldırılmalıdır. Birmənalı olaraq abituriyentin haqqına girmək, onun hüququnu tapdalamaqdır. Əgər abituriyent səhv cavab yazırsa, məhz o sual üçün nəzərdə tutulan bal ümumi baldan çıxılmalıdır. Daha o səhvə görə düz yazdığı cavabdan bal silinməməlidir. Ümumiyyətlə, bütün imtahanlarda həmin prinsip ləğv edilməlidir".