azia.az
azia.az

AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub (FOTO)

4-04-2022, 18:52


AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub
AzTU-nun rektoru Türkiyədə işgüzar səfərdə olub (FOTO)
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Türkiyənin Boğaziçi Universiteti, Yıldız Texniki Universiteti, İstanbul Texniki Universiteti, İstanbul Universiteti, Gəbzə Texniki Universiteti, Gəbzə Sənaye Mərkəzi ərazisində qurulmuş “Bilişim Vadisi” və “Texnopark İstanbul”da mühüm görüşlər keçirilib. Görüşlər zamanı Türkiyə universitetləri ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. İkili diplom proqramları, birgə elmi-tədqiqat mərkəzləri, laboratoriyalar, AzTU texnoparkı və inkubasiya mərkəzinin yaradılması haqqında müzakirələr aparılıb, müvafiq sənədlər imzalanıb. Səfər çərçivəsində universitetlər və texnoparklarda yeni texnologiyalar mərkəzi və laboratoriyalara baxış keçirilib, texnoloji transfer məsələləri və universitet-sənaye işbirliyinin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi