azia.az
azia.az

Pakistanın səfiri Bakı Ali Neft Məktəbində

14-03-2022, 15:03


Pakistanın səfiri Bakı Ali Neft Məktəbində
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda tələbələr üçün Pakistan Azərbaycan münasibətləri haqqında təqdimat keçirib.

Təqdimatdan öncə səfir BANM - in rektoru Elmar Qasımovla görüşüb. Görüşdə mövcud və gələcək əməkdaşlıq imkanlarından, Ali Məktəbə daha çox pakistanlı tələbələrin cəlb olunması məsələsindən bəhs edilib.

BANM-in rektoru Elmar Qasımov səfirin Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edərək bildirib ki, bu təqdimatın Azərbaycan universitetləri arasında ilk olaraq Bakı Ali Neft Məktəbində keçirilməsi sevindirici haldır. Rektor Pakistan və Azərbaycanın qardaş dövlətlər olduğunu vurğulayaraq xatırladıb ki, Azərbaycanın müstəqilliyini ilk tanıyanlarından biri Pakistandır və bu ölkə daim Azərbaycanın haqq səsində ən böyük dəstəkçilərdən olub. Rektor Bakı Ali Neft Məktəbində pakistanlı tələbələrin təhsil aldıqlarını da qeyd edib və bildirib ki, həmin tələbələrdən ikisinə Ali Məktəbin təqaüdü verilir: “Biz pakistanlı tələbələrin Ali Məktəbimizdə təhsil almasında maraqlıyıq. Burada təhsil alan pakistanlı tələbələr yataqxana xərclərindən azaddırlar. Bununla yanaşı, iki tələbəyə Ali Məktəbin təqaüdü təqdim edilir. Təqaüd alanların sayının iki nəfər də artırılmasını təklif edirik”.

Səfir BANM-də tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edərək bildirib ki, Səfirlik savadlı tələbələrin burada təhsil alması üçün əlindən gələni əsirgəməyəcək.

Sonra tələbələrə Pakistan haqqında, onun iqtisadiyyatı, turizm potensialı, mədəniyyəti barədə məlumat verən səfir ölkəsinin Azərbaycanla münasibətlərindən bəhs edib və bildirib ki, iki ölkə arasında çox geniş əlaqələr, qardaşlıq münasibətləri mövcuddur: “Bu il Pakistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Biz iki qardaş ölkəyik və bir-birimizi daim dəstəkləyirik. Pakistan Azərbaycanın haqlı mübarizəsində ilk gündən yanında olub, dəstəyini göstərib. İki qardaş xalqın sevgisinin göstəricisidir ki, Azərbaycanda çoxlu pakistanlı tələbələr təhsil alırlar. Bakı Ali Neft Məktəbi də pakistanlı gənclərin seçdikləri Ali Məktəblərdəndir və buradakı təhsil, yaradılan şərait bizi məmnun edir”.

Sonda səfir tələbələrin suallarını cavablandırıb.
Pakistanın səfiri Bakı Ali Neft Məktəbində
Pakistanın səfiri Bakı Ali Neft Məktəbində
Pakistanın səfiri Bakı Ali Neft Məktəbində
Pakistanın səfiri Bakı Ali Neft Məktəbində


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi