Prokuror Cəlilabad İH başçısının müavini və TŞ müdirinin məhkəmədə ifadə verməsini TƏLƏB ETDİ
Cəlilabad rayonunun sabiq icra başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə icra nümayəndələri, bələdiyyə sədrləri və təhsil işçiləri ifadə verib.
Müxtəlif epizodlar üzrə ifadə verən şahidlər sabiq icra başçısının verilmiş ittihamlarla əlaqəsinin olmadığını deyiblər. Onların sözlərinə görə, rayonda rüşvət işlərinə başçının müavini Elnarə Həsənova baxıb.
Şahid qismində ifadə verən təhsil işçiləri isə Rayon Təhsil Şöbəsinin müdirindən şikayət ediblər: "Təhsil şöbəsinin müdiri Qərənfil Əhmədova idi. Nə vaxt göstəriş olsa, ona pul yığıb verirdik. Şikayətçi olanda isə bizə deyirdi ki, icra başçısına desəniz də xeyri olmayacaq, heç sizi qəbul da etməz. Amma biz bilirik ki, Namiq Zeynalov elə adam deyil".
Prosesdə dövlət ittihamçısı vəsatət qaldıraraq icra başçısının müavini Elnarə Həsənovanın və təhsil şöbəsinin müdiri Qərənfil Əhmədovanın məhkəmədə ifadə vermələrini tələb edib.
Vəsatət təmin edilib.
Qeyd edək ki, N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə N. Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Mənbə:My Webpage