azia.az
azia.az

“British Council” Bakı Ali Neft Məktəbinə sertifikat təqdim edib

22-12-2021, 23:10


“British Council” Bakı Ali Neft Məktəbinə sertifikat təqdim edib
       “British Council” Bakı Ali Neft Məktəbinə sertifikat təqdim edib
Bakı Ali Neft Məktəbi (BANM) Böyük Britaniyanın “British Council” təşkilatının IELTS Qeydiyyat Mərkəzi və Tərəfdaşlıq Proqramının üzvü sertifikatına layiq görülüb.

Sertifikatı BANM-də IELTS Qeydiyyat Mərkəzinin təsis edilməsi ilə bağlı imzalanma mərasimində Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təqdim edib.

Bildirilib ki, bu sertifikat “British Council” təşkilatı tərəfindən ölkədə ilk dəfə olaraq Bakı Ali Neft Məktəbinə verilir.

Elmar Qasımov “British Council” təşkilatına bu sertifikata görə təşəkkürünü bildirərək, təşkilatla Ali Məktəb arasındakı əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb və bunu BANM-in fədakar kollektivinə qiymət kimi dəyərləndirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi