azia.az
azia.az

British Council “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və İş üzrə təcrübə proqramı”nı həyata keçirdiyi şəhərlərin sayını artıracaq

5-09-2018, 07:28

British Council “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və İş üzrə təcrübə proqramı”nı həyata keçirdiyi şəhərlərin sayını artıracaq
British Council “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və İş üzrə təcrübə proqramı”nı həyata keçirdiyi şəhərlərin sayını artıracaq

British Council “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və İş üzrə təcrübə proqramı”nı həyata keçirdiyi şəhərlərin sayını artıracaq
Bakı, 4 sentyabr 2018-ci il – British Council, Peşə Təhsili üzrə Dövlət Agentliyi və 5 ulduzlu otellərlə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının əhatə dairəsini genişləndirərək Gəncə və Qəbələ daxil olmaqla bu ildən etibarən İsmayıllı və Qusarda da həyata keçirəcək. Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun müvafiq kurrikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsinə imkan yaratmaqdır. Layihə çərçivəsində 4-7 sentyabr 2018-ci il tarixlərində 20 müəllimin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçiriləcəkdir.
Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı 2016-cı ildən etibarən British Council, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Bakının aparıcı 5 ulduzlu otelləri ilə əməkdaşlıqda həyata keçirilir. Proqramın hər üç ixtisas üzrə (Oteldə Konsiyerj, Aşpaz, Mehmanxananada təsərrüfat işləri üzrə nəzarətçi) tədris materialları Birləşmiş Krallığın People 1st təşkilatı tərəfindən hazırlanmışdır. 2017-2018-ci ildə keçirilən bir illik proqramın məzunlarının 50%-i artıq təcrübə keçdikləri otellərdə işlə təmin olunmuşdur.
Böyük Britaniyadan dəvət olunmuş People 1st təşkilatının təlimçisi Jeyn Norman, 4-7 sentyabr, 2018-ci il tarixlərində müəllimlərə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirəcəkdir. Təlimdə iştirak edən müəllimlər tərəfindən 2018/2019 akademik tədris ilində layihə çərçivəsində tərtib olunmuş kurrikuluma uyğun proqramlar tədris ediləcəkdir.
Tədris proqramı Bakı, Gəncə, Qəbələ, İsmayıllı və Qusarda yerləşən turizmə dair ixtisaslar tədris olunan peşə təhsili müəssisələrində keçiriləcəkdir və şagirdlər tədris proqramı ilə paralel olaraq otellərdə iş üzrə təcrübədə iştirak edəcəklər.
Proqramı uğurla tamamlayan şagirdlər ilin sonunda təcrübə keçdikləri otellər tərəfindən işə düzəlmə üçün müsahibələrə cəlb olunacaqlar.
British Council Azərbaycan fürsətdən istifadə edib Peşə Təhsili üzrə Dövlət Agentliyinə və tərəfdaş otellərə layihəyə göstərdikləri davamlı dəstəyə görə təşəkkürlərini bildirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi