azia.az
azia.az

Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır

14-09-2021, 12:09

Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır
Sosial şəbəkələrdə ali təhsil ocaqları haqda çoxlu sayda şərhlərə, fikir və düşüncələri ifadə edən yazılara rast gəlmək mümkündür. Onların içində reallığı əks etdirən fikirlər də mövcuddur, günün reallığına cavab verən işləri özündə əks etdirən yazılar da. Yazı müəlliflərinin əksəriyyəti yetirməsi olduğu ali təhsil ocağı haqqında öz təəssüratlarını məhz məhəbbət ruhunda hazırlamağı üstün tuturlar. Əslində bu, elə belə də olmalıdır.
Öz sevimli təhsil ocağının bugünki durumu barədə təəssüratlarını bölüşən insanlardan biri də hörmətli alim Elçin Cavadovdur. Onun yazısını olduğu kimi təqdim edirik.
-Mən bu gün, mənim üçün çox doğma olan, vaxtı ilə məzunu olduğum Azərbaycan Dövlət Aqrar Universitetinə getmişdim. Ona görə də öz təəssüratlarımı burada yazmaq qərarına gəldim. Universitetə girəndə mən oranı tanıya bilmədim. ADAU maddi-texniki bazası, auditoriyaları, laboratoriyaları ilə Avropanın universitetləri ilə müqayisə olunacaq dərəcədə inkişaf edib. Müasir üslubda təmir olunmuş və istifadəyə verilmiş tədris korpusları, auditoriyalar, laboratoriyalar, tədqiqat mərkəzləri, əsaslı kitabxana və s. burada yüksək keyfiyyətli təhsil almağa imkan verir. Hal-hazırda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. “Aqromühəndislik” fakültəsinin arxa hissəsində tələbə parkı, tələbə şəhərciyi salınır. Hər tərəfdə gözəlliklər görünür, hər tərəf yaşıllıq, hər tərəf gül-çiçək… Burada tələbələrin istirahət etməsi üçün bütün şərait yaradılır. Mən orada olan vaxt iməcilik idi. Mənə dərs deyən müəllimlərimi, mənimlə bir yerdə universiteti bitirib orada müəllim kimi fəaliyyət göstərən yoldaşları gördüm. Başda universitetin rektoru, professor İbrahim Cəfərov olmaqla universitetin prorektorları Anar Hatamov, Ramin Məmmədov, İlyas Vəliyev, fakültə dekanı, professor Cəmaləddin Məmmədov, dekan müavinləri Təvəkgül Islamov, Xaliq Xəlilov, Səbuhi Məmmədov, Eldar Zeynalov, Hüseyn İdrisov və digərləri hamısı işçi paltarda olmaqla işləyirdilər. Bura sanki bir tikinti meydanını xatırladırdı. Rektor başda olmaqla universitet əməkdaşları könüllü şəkildə bu parkın, bu tələbə şəhərciyinin yaradılması üçün var gücü ilə çalışırdılar. Həqiqətən də qürur duydum.
Ümumiyyətlə, İbrahim Cəfərovun rektor təyin olunduğu günü ADAU-nun çiçəklənmə dövrünün başlanğıcı hesab etmək olar. Universitetin inkişafında İbrahim müəllimin əməyini danmaq nankorluqdur. İbrahim Cəfərov Aqrar Universitetin maddi-texniki bazasının yaxşılaşdırlmasında, rəqabətli tədris keyfiyyətinin təkmilləşdirilməsində, universitetin ölkə və dünyada reytinqinin yüksəldilməsində əvəzsiz xidmətləri olan, sözün həqiqi mənasında tələbələri üçün yaşayan, çalışan, daim onların yanında olan, təhsildə rüşvətə yox deyən, tələbələrin mənəvi valideyni qismində özünü göstərən, universitetin ölkəmizdə və dünyada rəqabətli reytinqini təmin edan bir rektordur.
Mən bir məzun kimi fəxr etdim ki, ADAU çox sürətlə inkişaf edir. Eşq olsun ADAU ailəsinə….
Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru.
Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır
Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır
Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır
Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır
Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır
Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır
Eşq olsun ADAU ailəsinə…- Məzunlar yazır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi