Azərbaycanda məktəblərin bağlanma müddəti uzadıla bilər - RƏSMİ
Azia.Az-ın məlumatına görə “Martın 10-u dərs günü olmaqla, martın 3-dən martın 10-na qədər bütün təhsil müəssisələrində tədrisin dayandırılması qərarı verilib.
Əgər ehtiyac yaranarsa, ayrı-ayrı məktəblərdə bu qərar uzadıla bilər”.
Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cəsarət Valehov “ATV Aktual" verilişində deyib.
Onun sözlərinə görə, hələlik bu məsələ gündəmdə deyil.