Qardaşı və ailə üzvlərindən imtina edən müğənni görün kimdir-DƏHŞƏT
Məşhur müğənni Özcan Deniz qardaşı və ailə üzvlərindən imtina edib.
Xəbər verilir ki, o gecə yarı etdiyi paylaşımında bu barədə yazıb.
Sənətçi qardaşı ilə iş müqavilələrini ləğv edib. Uzun müddətdir ona maddi və mənəvi ziyan vuran yaxınlarını, xüsusən də meneceri olan qardaşı Ercan Dənizi həyatından uzaqlaşdırdığını açıqlayıb.
Qardaşına görə keçmişdə dəfələrlə iflasa uğrayan, lakin hər şəraitdə ailəsinin yanında olmağa davam edən Deniz bir müddət əvvəl onunla yollarını ayırıb.
Məkanlar və şirkət rəhbərliyi ilə bağlı Ercan Dənizlə razılaşa bilməyən Özcan sadəcə öz komandası ilə davam etmək qərarına gəlib.