"Dənizin ortasında dayanmışdı, onlarla danışmaq istədim...." - Aparıcı Elgiz Bakıda "uçan boşqab" gördü + VİDEO
Aparıcı Elgiz Əkbər yadplanetliləri gördüyünü iddia edib.
Gundem.az yazır ki, sənətçi bu barədə “Elgizlə izlə” verilişində məlumat verib.
“Mən bağda olanda uçan boşqab görmüşəm. Dənizin üstündə idi. Birinci elə bildim ulduzdur, sonra gördüm ki, ulduz deyil. 2 il öncə idi. Dənizin ortasında dayandı, dedim, birdən oradan çıxarlar, gələrlər. İçimdə arzu yarandı ki, onlarla danışım. Sonra bu fikri özümdən qovdum. Çünki telepatiya olur, çox ürəkdən istəyəndə onlarla danışmaq olur. Bu haqda xeyli kitablar oxumuşam. Göyə qalxdı və yox oldu”, - deyə, Elgiz bildirib.