azia.az
azia.az

Aygün Kazımovanın açıq-saçıq arxiv görüntüləri yayıldı - VİDEO

18-02-2022, 12:04

Aygün Kazımovanın açıq-saçıq arxiv görüntüləri yayıldı - VİDEO
Xalq artisti Aygün Kazımova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Azia.az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında arxiv görüntülərindən birini yayımlayıb. İllər əvvəl lentə alınan videoda Kazımova səhnədə sevilən ifalarından birini səsləndirib.

Görüntülərdə Xalq artistinin açıq-saçıq qara rəngli libası diqqətlərdən yayınmayıb. Səhnədə oxuya-oxuya həm də rəqs edən sənətçinin əlində içki də olub.

Sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti Kazımovanın bu videosuna müsbət reaksiya verib.

Onlar "Səhnənin yaraşığı Aygün Kazımova, adam doymur baxmaqdan", "İllər keçsə də Aygün xanımın ilklərini heç kim səhnədə təkrarlaya bilməyəcək", "O vaxtlar bu geyimi geyinmək cəsarət istəyirdi. Həmişəki kimi bunu ilk dəfə Aygün Kazımova etdi", "Gör neçə il bundan qabaq olub. Hadisə falan qələt edir" kimi sözlər yazaraq Aygünün ünvanına təriflər yağdırıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi