Aygün Kazımova paylaşımı ilə diqqət çəkdi - FOTO
Xalq artisti Aygün Kazımova yenidən imicində dəyişiklik edib.
Azia.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni görünüşdə fotolarını İnstaqramda səhifəsində paylaşıb.
Kazımova uzun çəkmələri, göbəyiaçıq geyimi və kürkü ilə diqqət çəkib. Saçlarını uzadaraq uzun hörüklər etdirən sənətçi imicini iri sırğalarıyla tamamlayıb.
"Я в нирване" adlı mahnısını təqdim etməyə hazırlaşan Xalq artisti paylaşımına "Geri sayım başladı" şərhini yazıb.
Qeyd edək ki, Kazımovanın yeni şəkillərini fotoqraf Ruslan Nəbiyev lentə alıb. Onun stili üzərində stilist Elnara de Birbuet çalışıb.