azia.az
azia.az

"Pişik" Günelə ev hədiyyə edən DEPUTAT GÖRÜN KİM İMİŞ

9-02-2022, 19:42

"Pişik" Günelə ev hədiyyə edən DEPUTAT GÖRÜN KİM İMİŞ
“Kristal Abşeron” MTK-nın icraçı direktoru Məhayət Nəbiyev "Pişik" ləqəbli müğənni Günel Ələkbərovaya etdiyi hədiyyə ilə gündəmə gəlib.

Deputat Ağalar Vəliyevin sahibi olduğu "Kristal Abşeron" MTK-nın Xırdalan layihəsindəki binanın bir mərtəbəsinin tamamının müğənniyə hədiyyə edildiyi iddia edilir.

İddiaya görə, müğənninin sənətinə hörmət əlaməti olaraq belə bir addım atılıb.

Məsələ ilə bağlı “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad Qurbanovla əlaqə saxladıq və belə bir "obyekt"in olub-olmaması ilə maraqlandıq. Şirkət rəsmisi müştərilərin məxfi məlumatları barədə heç bir açıqlama verə bilməyəcəklərini açıqlayıb.

Günel Ələkbərovanın da özü ilə əlaqə saxlamağa çalışsaq da, "birazdan zəng edərsiniz" deyib dəstəyi asdı. Bir müddət sonra növbəti zənglərimizdə dəstəyi qaldırmadı.

Xatırladaq ki, mətbuatda A,Vəliyevin böyük biznes şəbəkəsinin olması və "Azəraqrartikinti” ASC İdarə Heyətinin sədri olduğu yazılıb. Həmçinin iddiaya görə İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur.

Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir. "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin daxilində kiçik hostel və özəl bağça fəaliyyət göstərir. Bu da P.Vəliyevin özünün nəzarətindədir.

32gun.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi