"Bu vətən xaininin Azərbaycana girişinə qadağa qoyulsun" - Xəyyam Nəvaidən danışdı
"Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq"
Azia.az xəbər verir ki, bu sözləri Əməkdar artist Xəyyam Nisanovöz paylaşımında bildirib.
O, Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni
Navainin Bakını təhqir etməsinə münasibət bildirərkən belə deyib.
O, müğənninin videosunu paylaşaraq, onun Azərbaycana girişinə qadağa qoyulmasını istəyib:
"Bu, artıq mənim əsəblərimdən üstün oldu, ona görə də yazmağa vadar etdi! Ay vətən xaini! Bizim analarımızı, bacılarımızı, xanımlarımızı, ölkəni bu cür adlandırıb, bunu bütün dünyaya paylaşıb, sonra üzr istəmək - bu bəs edir ki?! Xeyr, etmir... Bunu ilk olaraq bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Ona görə də bizim dövlət başçısından rica edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, bütün xalqımız bu fikrə dəstək olacaq".