azia.az
azia.az

"Tamaşaçı önünə bu cür çıxmağa ixtiyarın yoxdur" - Elnurdan Elnarəyə

25-01-2022, 14:43

"Tamaşaçı önünə bu cür çıxmağa ixtiyarın yoxdur" - Elnurdan Elnarəyə
Stilist Elnur Həsənov müğənni Elnarə Xəlilovanın geyim tərzini tənqid edib.
Axşam.az xəbər verir ki, Elnur bu haqda "Deməsəm olmaz" proqramında danışıb. Stilist Xəlilovanın geyim tərzini bəyənmədiyini deyərək, ona məsləhət verib:

"Üzümü tuturam, canım, dostum Elnarəyə: stilistlərlə dostluq et. Kimisə yanında gəzdir, böyük sənətin var. Oxumaq tərzin bir çoxlarından yüksəkdir. Kimsə mahnı tərzi ilə tutuzdura bilər, "Youtube"da bayağı mahnı ilə trend ola bilər. Sən onlardan deyilsən. Bu gün hər qiymətə geyim var. İnsanın zövqü olmaya bilər. Ətrafında zövqlü dostların var, onlardan yardım al. Zəng et mənə, de ki, yardım et geyinim. Bağlı geyin, amma zövqlü geyin. Hər qiymətə hər şey tapmaq olar. Sənətdəsənsə, tamaşaçı önünə bu cür çıxmağa ixtiyarın yoxdur.

Səhnə adamısan, bir paltarı bir dəfə geyinirsən. İmkanın varsa, marka geyin. Yoxdursa saxta geyinmə, ucuz qiymətə yaxşı paltar al. Açıq-saçıq geyinməmək bəhanədi. O yaşın yoxdur ki, qısa paltarlar geyinəsən".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi