azia.az
azia.az

Mehriban Xanlarovanın əri görün kim imiş: Məşhur ailənin gəlini olubmuş +VİDEO

6-12-2021, 12:47

Mehriban Xanlarovanın əri görün kim imiş: Məşhur ailənin gəlini olubmuş +VİDEO
Bir zamanlar parlayıb, sonradan ulduzu sönən bir müğənnidən danışırıq. Biri var, Əri övladı narkotikin cənginə düşən, adı son illər yalnız bəxbəxt xəbərlər və qalmaqallarda hallanan Lalə Dadaşova....

Oxu24.com xəbər verir ki, Musiqiçi ailəsində dünyaya gələn müğənni Lalə Dadaşova 90-cı illərin əvvəllərində həmkarı və həyat yoldaşı Elçin Cəlilovla efirə çıxaraq böyük məşhurluq qazanır. Lakin ağ ölüm qısa zaman ərzində Elçinin ailəsini dağıdır. Lalə Dadaşova Elçinin narkotikdən istifadə etdiyini görəndə onu tərk edib gedir.


Elçin rəhmətə getməmişdən bir qədər əvvəl, 2005-ci ilin mayında Dövlət Televiziyasından Laləni efirə dəvət edirlər. Ona təklif edirlər ki, həftədə bir dəfə musiqi verilişi aparsın. Mayın 10-da Elçin dünyasını dəyişir, bir gün sonra həmin veriliş efirə gedir. Adamlar elə bilir, Lalə Elçin rəhmətə gedəndən bir gün sonra efirə çıxıb, heç kim videonun bir müddət əvvəl yazılmasına inanmaq istəmir. Qəzetlərdə onu biabır edən başlıqlı yazılar çıxır.


Elçinin ölümündən 3 il sonra Trendə müsahibə verən mrhumun birinci həyat yoldaşı Tahirə xanım Lalə Dadaşovanı ağır ittiham edir:

"Lalə Elçinin evini dağıdan, ölümünə səbəb olan bir qadındır. Mən ona nifrət edirəm”.
Müğənninin Elçindən əvvəlki Arif adlı həyat yoldaşından iki oğlu olub. Onun bir oğlu Natiq iki ildən çox ağ ciyər xərçəngindən əziyyət çəkib. 2015-ci ilin oktyabr ayında Natiq 35 yaşında dünyasını dəyişir. Müğənninin oğlu ailəli olur, yeddi yaşlı bir oğlu qalır.

Lalə xanımın Zaur adlı digər oğlu aktrisa Mehriban Xanlarova ilə bir-birlərini seviblər.

Aktrisa Zaurdan iyirmi yaş böyük olsa da, onlar evlənmək qərarına gəlirlər. Lakin xəbəri eşidən Lalə Dadaşova bu nikaha qəti şəkildə etiraz edir. Oğlu isə inadından əl çəkməyib Mehribanla ailə qurur. Bir müddət sonra övladları olmadığı üçün cütlük ayrılır. Zaur ikinci dəfə başqa qadınla ailə qurur, ancaq bu evlilik də uğursuzluğa düçar olur. Cütlük 6-7 il bir yerdə yaşayır, onların övladı olmur. Zaurun ailə qurduğu xanım böyrək çatışmazlığından dünyasını dəyişir.
Lalə Dadaşova da bir müddət sonra Xalq artisti Mehriban Xanlarovanın onun gəlini olduğunu etiraf edir və əvvəllər bu izdivaca razı olmasa da, sonradan razılaşdığını deyir.
2004-cü ildə Laləyə fəxri ad vermək istəyirlər. O vaxt müğənninin bacısı Brilliant Dadaşova Əməkdar artist olduğundan Lalə xanım bu addan imtina edir. Sonralar müsahibələrində deyir: “Düşündüm ki, bacım Xalq artisti olandan sonra mən Əməkdar artist ola bilərəm. Yəni Brillianta görə fəxri addan imtina etdim”.
Lalə Dadaşova 2014-cü meyxanaçı Samirə ilə də böyük qalmaqal yaşayıb. Efirdə olarkən müğənni meyxanaçı haqqında “o, əxlaqsızdır” sözlərini işlədərək onu təhqir edib. Lakin oğlu dünyasını dəyişəndə Samirə xanım Lalə xanımın evinə gələrək ona başsağlığı verib.
Nizami Rmzinin nazi elə mahnısını efirdə oxuyarkən sözlərini unudur.
2021-ci ilin oktyabrayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan müğənninin oğlu Mahmudov Zaur Arif oğlu külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.
Zaur Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Onun Tərtərdə düşmənlə üzbəüz mövqedə döyüşdüyü, eyni zamanda minaya düşən yaralı əsgərləri xilas etdiyi bildirilir. Mahmudov həmin illərdə iştirak etdiyi döyüşlərdə iki dəfə ağır kontuziya alıb, o cümlədən başına on yeddi tikiş qoyulub. Onun ayaq nahiyəsində də döyüşün izlərinin qaldığı deyilir.
Lalə Dadaşovaya heç olmasa, ömrünün qalan illərində problemsiz həyat arzulayırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi