Təranənin geyimi bəyənilmədi: "Toy paltarında dağda gəzmək yeni dəbdir" - FOTO
Müğənni Təranə Qumralın geyimi tənqidlərə tuş gəlib.
Azia.az xəbər verir ki, sənətçi ailəsi ilə birlikdə dilbər guşələrimizdən olan Qubaya yollanıb. İstirahətdən çəkilən şəkilləri sosial şəbəkədə paylaşan ifaçı tənqidlərlə üzləşib. Buna səbəb müğənninin dağda istirahət etdiyi halda don geyinməsi olub.
İfaçının bu stili izləyicilər tərəfindən qınanılıb. Onlar Qumralın yayımladığı fotolara “Toy paltarında dağda, çayda gəzmək yeni dəbdir”, "Qəçrəşə belə geyimdə ancaq bizimkilər gedər", "Elə bildim, filin üstündə oturub" kimi sözlər yazaraq ifaçını xeyli tənqid ediblər.
Azia.az sözügedən fotoları təqdim edir: