Türkiyədə dağda köməksiz qalmış 29 yaşlı azərbaycanlı tələbə xilas edildi
Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dağda köməksiz qalan 29 yaşlı Azərbaycan vətəndaşı, tələbə Amir Oruci xilas edilib.
Yerli “Mynet” nəşrinin verdiyi xəbərə görə, onunla birlikdə daha üç tələbə - Ahmet Öztokmak (21 yaş), Mehmet Çavuşoğlu (23) və Mehmet Han Şafak (19) da dağda azıblar.Məlumata görə, Türkiyənin Fövqəladə Hallar Nazirliyi, polisin şəxsi heyəti 8 saatdan sonra 4 gənci dağdan endirib.
Onların səhhətinin yaxşı olduğu bildirilib.