azia.az
azia.az

“Zəfəran” klinikasının həkimi aldığı rüşvəti qaytarmır - İDDİA

12-04-2017, 14:02

“Zəfəran” klinikasının həkimi aldığı rüşvəti qaytarmır - İDDİA

Bu da bir həqiqətdir ki, Azərbaycan səhiyyəsində yaşanan problemlər, qol qoyulan çoxsaylı qanunsuzluqlar və s. zaman-zaman müzakirə predmetinə çevrilən mövzulardan biri də olub. Düzdür, baş verənlər daim müzakirə olunsa da, yaşananlarla bağlı dövrü mətbuatda ara-sıra silsilə tənqidi açıqlamalar dərc olunsa da, yeri gəldikdə hansısa nəticələr çıxarılsa da, çox təəssüflər olsun ki, hələ də yaşananlarla bağlı nəticə çıxarmayan bir çox vəzifə sahibləri var.

Belə vəzifə sahiblərindən biri də, Bakı şəhərinin “Montin” qəsəbəsində fəaliyyət göstərən “Zəfəran” klinikasının kordioloq həkimi Ramil Əliyevin olduğu bildirilir. Çünki, bü günlərdə Bakı şəhəri, Binəqədi rayonunun 6-cı mkr-n ərazisində yaşayan Bəsti Yusifova adlı xanım şikayətçi “Gündəm Xəbər”in redaksiyasına ünvanladığı müraciətində yazır ki, “həyat yoldaşım 1959-cu il təvəllüdlü Yusifov Kamil Mövlud oğlunun səhhətində əmələ gələn problemlər, məhz bizi adı çəkilən səhiyyə ocağına müraciət etməyə vadar etdi.

Düzdür, Kamil Yusifovun həm böyrək problemi var idi, həm də şəkəri yüksək idi. Ürək problemi isə daha ağır olduğundan, bir neçə xəstəxananın koordioloq həkimləri onun ürək nahiyəsindən əməlliyyat olunmasını heç cür lüzum görmürdülər. Bəzi koordioloqların məsləhətinə məhəl qoymayan, daha çox pərdəarxası maddi maraqlarını güdən Ramil Əliyev, həyat yoldaşımı 06 mart 2017-ci il tarixdə “Zəfəran” klinikasına yerləşdirdi və üç gün sonra onu əməliyyat etməklə, 16 mart 2017-ci il tarixdə isə, onu “gedərgəlməz” dünyasına yola saldı. Bu gün isə bizi daha çox narahat edən hal odur ki, üçgünlük müalicə dövründə həyat yoldaşımı sağaldacağına vəd verən Ramil Əliyev, Kamil Yusifov dünyasını dəyişdikdən sonra suallarımıza heç cür cavab verə bilmədi.

Hətta, o, rüşvət şəklində əlbəəl aldığı altı min manat pulun üç min manatını qaytarsa da, bu gün də üç min manatını qaytarmaqdan “vaz” keçir. Onu da vurğulayım ki, həyat yoldaşımın əməliyyat olunmasından əlavə, onun müayinə və müalicə olunmasına iki min manat da xərcimiz çıxmışdır. Üstüstə ümumi xərcimiz səkkiz min manat olsa da, biz bu gün əlbəəl verdiyimiz altı min manat pulun üç min manatının da qaytarılmasını tələb edirik. Həkim Ramil Əliyev isə belə bir tələbimizin qarşılığında bildirir ki, “altı minin üç mini qaytarılıb, üç mini isə qaytarılmayacaq”.

Verilən belə bir cavab olduqca absurd, olduqca diqqəti cəlb edən cavab olur. O halda sual oluna bilər ki, altı min manat pul niyə və hansı məqsəd üçün alınmışdır? Yəqin ki, belə bir sualın yalnız bir cavabı olacaq, o da mərhum Kamil Yusifovun ürək nahiyəsindən əməliyyat olunması üçün alınan pul nəzərdə tutulacaq. Axı, adı çəkilən şəxs əməliyyatdan bir neçə gün, yəni 16 mart 2017-ci il tarixdə dünyasını dəyişir? Belə olan halda, onun dünyasını dəyişməsinə kim məsuliyyət daşıyır və verilmiş pullar niyə batmalıdır?

Çünki, imkansız bir ailənin qəpik-qəpik topladığı altı min manatı verməkdə məqsədi, yalnız mərhum Kamil Yusifovun səhhətindəki problemi aradan qaldırmaq olub. Artıq bir müddətdir “oyuna salınan” Bəsti Əliyeva bildirir ki, “Ramil Əliyev kimə güvənir və mənim günahım nədir? Mən pul verdim ki, həyat yoldaşım Kamil Yusifov sağalsın. Pul vermədim ki, “Zəfəran” klinikasının koordiologiya şöbəsində işləyən Ramil Əliyev həyat yoldaşımı “gedər-gəlməz” dünyasına yola salsın. Mövzu ətrafında araşdırmamız davam edəcək. Qarşı tərəfi də dinləyə bilərik.
xalqinsesi.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi