azia.az
azia.az

Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbin həyətində məskunlaşan məcburi köçkünlər Prezidentdən kömək istəyirlər

19-02-2019, 14:06

Azia.az-n redaksiyasına Abşeron rayonu Ceyranbatan qəsəbəsində 1 saylı tam orta məktəbin həyətində məskunlaşan məcburi köçkünlər tərəfindən müraciət daxil olmuşdur. Müraciətdə bildirilir ki, sözügedən ərazidə məskunlaşan məcburi köçkünlər acınacaqlı vəziyyətdə yaşayırlar. Ağır vəziyyətdə yaşayan köçkünlər qarşılaşdıqları bu ağır durumun ictimailəşdirilməsini və ölkə rəhbərliyinin nəzərini bu istiqamətə cəlb olunmasını istəyirlər.
Kommunal problemlərdən, rütubətli, ensiz otaqlarda yaşamaqdan əziyyət çəkən sakinlər dövlətin qaçqınlara verdiyi mənzillərdən onlara da veriləcəyi günü gözləyirlər. Evlərin qəzalı olması isə burada yaşayan ailələrin güzəranını daha da pisləşdirir. Yay aylarında toz-torpaq, qışda isə başlarına yağan yağış mənzilləri yaşanmaz hala salır.
Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbin həyətində məskunlaşan məcburi köçkünlər Prezidentdən kömək istəyirlər
Məktəbin həyətində məskunlaşan məcburi köçkün ailələrinin durumu görənləri riqqətə gətirir. Taxta və karton parçaları ilə tikilmiş daxmalarda 4-5 nəfərlik ailələr yaşayır ki, onların həyatı sözün həqiqi mənasında təhlükə qarşısındadır. Uçmaq təhlükəsi ilə üz-üzə qalan bu evlərin bir-birinə yaxın tikilməsi burada hər an bədbəxt hadisələrin baş verə biləcəyindən xəbər verir. Ani bir diqqətsizlik üzündən yanğın olarsa, bir anda fəlakət baş verə bilər.
Uçuq-sökük komalarda azyaşlıların yaşamasını isə faciə adlandırmaq olar. Rütubətli və nəm divarlarla əhatələnən otaqlarda yaşamaq zorunda qalan uşaqların hər an bakterioloji xəstəliklərə yoluxma təhlükəsi var. Bildirilir ki, “Dəfələrlə mənzillə təmin olunmağımız üçün müraciətlər etmişik. Ancaq heç kim bizimlə maraqlanmayıb. Ümumiyyətlə, qaçqınlarla maraqlanan yoxdur”.
Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbin həyətində məskunlaşan məcburi köçkünlər Prezidentdən kömək istəyirlər
Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbin həyətində məskunlaşan məcburi köçkünlər Prezidentdən kömək istəyirlər
“Uşaqların yeməyini güclə çatdırırıq. Az qazancla ev almaq mümkün deyil. Bizə yazıqları gəlsin, qaçqınlar üçün tikilən mənzillərdən bizə də versinlər, uşaqlarım da normal gün görsün”.deyə bildiriblər. Əməkdaşımız Abşeron rayon icra hakimiyyətinin mətbuat katibi Seymur qasımovla əlaqə saxladı. Seymur Qasımov bu problemin bizə yox, Qaçqınkoma aid olduğunu bildirməklə kifayətləndi. Qaçqınkomun mətbuat xidmətindən isə məsələyə münasibət öyrənmək müşkkül məsələyə çevrildi.
Müraciəti olduğu kimi təqdim edirik.

Hörmətli Prezident və KİV hümayəndələri

Biz Füzuli, Cəbrayıl və Tərtər rayonundan köçkün düşmüşük. 1995-ci ildənr Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin həyətində qəzalı binada yaşayırıq. Çox ağır və antisanitariya, eyni zamanda rütubətli, nəmli və qəzalı evlərdə yaşayırıq. Rütubətdən uşaqlarımız və özümüz xəstə düşmüşük. Dəfələrlə adiyyatı orqanlara Qaçqınkoma müraciət etmişik ki bizlə maraqlanıb yeni mənzillərlə təmin etsinlər. 24.09.2018-ci il tarixində Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin akt zalında Abşeron rayon İcra başçısı İradə xanımın əhali ilə görüşü zamanı İradə xanıma dərdimizi anlatdıq.İradə xanım bizə söz verdi ki şəxsən özü Rövşən Rzayevə bizim şikayətlərimizi çatdıracaq. Hələ də cavab gözləyirik. Təssüf ki, bizimlə maraqlanan bir kimsə yoxdur.
Gördüyünüz kimi burada yaşamaq qeyri-mümkündür. Təsəvvür edin ki, bu bina yaşayış üçün nəzərdə tutulmayıb. Hər an övladlarımızın həyatı üçün təhlükə var. Elektrik şitlərinin üstü də açıqdır. Balaca otaqda 7 nəfər yaşayırıq. Rütubətdən uşaqlarımız xəxtəlik tapıb. Bir neçə dəfə mənzillərdən siçovul, ilan çıxıb. Belə şəraitdə yaşamaq dəhşətdir. Xahiş edirik, bizə yardım edilsin. Bizi bu vəziyyətdən çıxarsınlar. Biz burada gələcəyin əsgərlərini böyüdürük. Heç olmasa, uşaqların xətrinə bizə yardım etsinlər.
Xahiş edirik ki, bizimlə dövlətimiz maraqlanıb acınacaqlı halımızla xəbərdar olsunlar və bizləri yeni mənzillərlə təmin etsinlər.
Müraciətimizin sonunda yazıb nəzərinizə çatdırmaq istəyirik ki, məcburi köçkünlərdən başqa burada iki ailə qaçqın adı altında qeyri-qanuni yaşayırlar. Ancaq yeddi ailə isə məcburi köçkün kimi məskunlaşıb. Qeyd edək ki, Ceyranbatan qəsəbəsinin Beton zavod adlanan ərazisində məskunlaşmış digər məcburi köçkünləri yaxın zamanlarda yeni evlərə köçürülmə ilə bağlı qeydə alıblar və bildiriblər ki, Sumqayıta yaxın Z.Tağıyev qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürüləcəklər . Amma bizimlə bağlı heç bir tədbir görülməyib və qeydiyyat aparılmayıb. Xahiş edirik ki,bizim ağır durumumuzu ictimailəşdirəsiniz.

Quliyev Amil
Həsənova Nargilə
Abdullayev Cahid
Allahverdiyev Elşad
Mamedaliyev Cabbar
Abdullayev Ələsgər
Abdullayeva Xəyalə
Ceyranbatan qəsəbəsi, 1 saylı tam orta məktəbin həyətində məskunlaşan məcburi köçkünlər Prezidentdən kömək istəyirlər
P.S. Materialla bağlı Azia.az saytı olaraq, cavabdeh qurumları, xüsusi olaraq Məcburi Köçkünlərə iş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin nəzərində cavab axtarmağa çalışacağıq..

Aybəniz Abdulova

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi