"Bunun qanunvericiliyə daxil edilməsi məqsədəuyğun olardı. Amma ilk növbədə qanunvericiliyə dəyişiklik edilməlidir".
Bunu Qaynarinfo-ya açıqlamsında iqtisadçı Natiq Cəfərli Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılması ilə bağlı təklifə münasibət bildirərkən deyib.
İqtisadçı bildirib ki, hazırda Azərbaycanda bu istiqamətdə hər hansı ciddi müzakirələr aparılmır. Natiq Cəfərli qeyd edib ki, belə müzakirələrin başlanmasını alqışlayır:
"İstər-istəməz, belə qaydaların tətbiqi gələcəkdə onların işləmə mexanizmlərindən asılı olacaq. Ödəniş mexanizminin necə qurulacağı, dövlətin üzərinə düşəcək maliyyə yükünün nə qədər olacağı və digər məsələlər ciddi müzakirə mövzusudur".
Qeyd edək ki, sabiq deputat Vahid Əhmədov Azərbaycanda yaşlı, ağır xəstə və əlilliyi olan şəxslər üçün baxım sosial sığorta sisteminin yaradılmasının vacibliyini vurğulayıb. O bildirib ki, bu sistem uzun illərdir Avropa ölkələrində və ABŞ-da uğurla tətbiq olunur.
Bahar Rüstəmli