Ölkə.az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sərəncama əsasən, yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 gün sonra yükalana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılacaq.
Mövcud qanunvericilikdə isə yük razılaşdırılmış müddət keçdikdən sonra təyinat yerinə çatdırılmazsa və ya bu müddət daşıyıcı tərəfindən yük qəbul edildiyi gündən üç ay ərzində onunla razılaşdırılmazsa, itirilmiş sayılırdı.

“Vosmoy bazarı” uğrunda gedən 15 illik savaşın ilginc detalları...
