Ağdam rayonunun sosial-iqtisadi inkişafı düşmənləri qorxuya salır
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Azərbaycan Respublikasında inzibati – ərazi vahidi kimi Ağdam rayonu 8 avqust 1930-cu ildə yaradılıb. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altında olan rayonudur.
1988-ci ildən başlanan Qarabağ uğrunda mübarizə və savaşlarda daha çox şəhid verərək qəhrəman rayon statusu almış Ağdam rayonu haqqında nə isə yazmaq mən düşündüyümdən də çətin imiş.
İstər yerli, istərsə də xarici satqınların ciddi-cəhdləri sayəsində ərazisinin 77,4 %-ni itirmiş Ağdam rayonun qalan ərazilərinin düşməndən müdafiəsində düşünmədən qurban getmiş mərd oğulların igidlikləri sayəsində torpaqlarının ¼-ni qoruyub saxlamağa nail olmuşdur.
Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin mərkəzi olmuşdur.
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq məhz Ağdam rayonu cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşmüşdür.
1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan Rusiya ordusuna arxalanaraq, bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmirdi. 1993-cü ildə Ağdamın müdafiəsi Surət Hüseynovun Gəncədə qaldırdığı qiyam nəticəsində xeyli zəifləmişdi. Ona tabe olan qüvvələr cəbhədəki mövqeləri qoyaraq, Bakıya doğru hücuma keçmişdilər. Ermənilər bu fürsətdən çox bacarıqla istifadə etdilər. 1993-cü ilin may ayının 11-dən etibarən qızışan bu hücum əməliyyatları həmin il iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.
Ağdama edilən son hücumda 6.000 nəfər erməni əsgəri iştirak edirdi. Onların arasında çoxlu sayda xaricdən gəlmiş ermənilər və muzdlu əsgərlər də var idi. Ağdam uğrunda gedən döyüşlərin birində bədnam erməni terrorçusu Monte Melkonyan gənc azərbaycanlı kəşfiyyatçı İbad Hüseynov tərəfindən öldürüldü. Bundan sonra 1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 km², yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. Qarabag uğrunda gedən döyüşlərdə 6.000-dən çox agdamlı şəhid olub. 2010-cu ilin noyabr ayında Dağlıq Qarabağ separatçıları rayonun adını erməniləşdirmək məqsədi ilə Ağdamın adını dəyişərək Akna qoyublar. Onların verdiyi məlumata görə Ağdamın hazırda işğal edilmiş ərazilərində 360 nəfər daimi məskunlaşıb.
Ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra aparılan uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan atəşkəs rejimindən məharətlə istifadə edən dünya şöhrətli şiyasətçi Ümummilli liderimiz mərkəzi Quzanlı qsəbəsi olmaqla Ağdam rayonunun qorunub saxlanmasına nail oldu.
Ümummilli liderimiz Heydər Əliyav siyasi kursunun sadiq və layıqli davamşısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının 2013-cü ildə keçirilmiş prezident seçkilərində öz rəqiblərinə böyük səsçoxluğu ilə qalib gəlib hakimiyyətə gəlişini Azərbaycan tarixində yeni səhifənin açılması kimi qiymətləndirmək olar. İlham Əliyev cənabları prezident seçildikdən sonra respublikamızda sosial-iqtisadi inkişaf həm xarici, həm də daxili siyasətin prioritet əsasını təşkil etdi. Aparılmış uğurlu iqtisadi islahatlar “Regonların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının qəbul edulməsinə zəmin yaratdı.
“Regonların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının qəbul edilməsi bütün Azərbaycan boyu geniş tikinti, abadlıq və quruculuq işlərinin aparılmasına zəmin yaratdı. Bu gün respublikamızın hər bir yerində geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Digər sərhədboyu rayonlarda olduğu kimi Ağdam rayonunda da, görülən işlər rayonun görüntüsünü əhəmiyyətli dərəcədə dəyişdirsə də sanki görülən işlər azlıq təşkil edirdi.
Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinə yeni icra hakimiyyəti başçısının təyin edilməsi əhalidə olan ümüd hissini artırmağa başladı.
Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamı ilə Məmmədov Raqub Allahverdi oğlu Ağdam Rayonu İcra Hakimiyyəti Başçısı təyin edilir.
Raqub müəllimin gördüyü işlərlə tanışlıq üçün “Ağdam rayonunun 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” hesabat yığıncağındakı nitqindən qısa bir epizodu təqdim etmək istərdim:
“…2015-ci ildə rayonunun sosial-iqtisadi inkişafı üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. O cümlədən, tikinti, abadlıq, quruculuq sahəsində işlər davam etdirilmiş, Heydər Əliyev prospektinin Ağcabədi rayonundan giriş hissəsindəki işləri başa çatdırılmış, prospektin hər iki tərəfinə qazon, bəzək ağacları və güllər əkilmiş, suvarma sistemi ilə təmin olunmuş, giriş qapısı inşa olunmuşdur.
Quzanlı qəsəbəsində Çay evi, Avtovağzal, “Ağdam OİL” yanacaqdoldurma məntəqəsi, Mini futbol meydançası, Təzəkənd qəsəbəsində Poçt şöbəsinin binası, Əfətli və Əhmədağalı kəndlərində Böyük Vətən Müharibəsi iştirakçılarının və Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Abidə kompleksləri, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, İmamqulubəyli kəndində bulaq kompleksi və istirahət zonası, Çəmənli kəndində kitabxana tikilib istifadəyə verilmiş, Çəmənli kənd uşaq bağçasının, Üçoğlan kənd xəstəxanasının, Xındırıstan kənd tam orta məktəbinin binasının təmiri başa çatdırılmış, Heydər Əliyev prospektində yanacaq doldurma stansiyasının yanında Xiyaban salınmışdır.
Heydər Əliyev Mərkəzinin, Quzanlı qəsəbəsində Kənd Təsərrüfatı idarəsinin, 360 şagird yerlik məktəbin, Mərkəzi Aptekin, Xındırıstan uşaq musiqi məktəbinin,Bayraq Meydanının tikintisi, Heydər Əliyev parkının və Veteranlar evinin yenidən qurulması, Müşviqabad qəsəbəsində 250 yerlik xeyir-şər evinin tikinti işləri davam etdirilir.
Magistiral avtomobil yollarında 450 min manatlıq təmir və saxlama işləri aparılmış, kəndarası və qəsəbədaxili yolların təmiri üçün bir sıra tədbirlər görülmüş, İmamqulubəyli kəndində 2 km yola asvalt döşənmiş, Quzanlı qəsəbəsində bir küçənin asvaltlaşdırılması başa çatdırılmışdır. 2015-ci ilin 9 ayında Əfətli-Küdürlü avtomobil yolunun 2,5 km, Səfərli-Ballar yolunun 1,5 km, Əhmədağalı- Kolqışlaq avtomobil yolunun 2,5 km hissəsi təmir olunmuş, Tərtər-Hindarx avtomobil yolunda yol nişanları, Heydər Əliyev prospektinin İmamqulubəyli qəsəbəsinə dönən yolda işıqfor quraşdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hər bir rayonda sənaye məhəlləsi yaradılmalıdır. Bu sahədə işi təşkil etmək üçün şirkətlə əlaqə yaratmış, gələcəkdə 300-350 nəfərin işləməsi üçün iş yeri açılacaq sənaye məhəlləsinə torpaq sahəsi ayrılmış, sənaye məhəlləsinin layihə-smeta sənədləri hazırlanmışdır.
Bütün bunlarla yanaşı Mərkəzi Rayon Xəstəxanasının işində bəzi çətinliklər də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə Səhiyyə Nazirliyinin Ağdam Mərkəzi Rayon Xəstəxanasına dövlət büdcəsinin Ağdam rayonu üzrə yerli gəlir və xərclərindən 2011-ci ilin yanvar ayından 2015-ci ilin avqust ayına kimi olan dövrdə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılmış və nəticədə kobud maliiyyə pozuntularına yol verildiyi və bu hesaba xeyli miqdarda büdcə vəsaitinin əsassız olaraq xərcləndiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi cənab Cavanşir Yusifovun 08 dekabr 2015-ci il tarixli Bx-03/01-04-1464 nömrəli məktubuna əsasən yoxlamaların nəticələri Ağdam rayon İcra hakimiyyəti başçısının 30 dekabr 2015-ci il tarixdə keçirilən Şura iclasında müzakirə edilmiş, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Abbasova Gülnar Hadı qızının vəzifəsindən azad edilməsi barədə ərizəsi nəzərə alınmışdır…”
İlk baxışdan belə görünür ki, Raqub müəllim öz vəzifə borcunu yerinə yetirir. Bu həqiqətən də belədir. Ancaq məni təəccübləndirən Onun digər həmkərlarından fərqləndirən xüsusi sadəliyidir.
Belə ki, Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasının və ətrfında aparılan abadlıq-quruculuq işlərini diqqət saxlaması, görülən işlərlə tanış olan zaman qəbul günü olmamasına baxmayaraq icra hakimiyyətinə gəlmiş vətəndaşlarla ayrı-ayrılıqda görüşüb onların problemlərilə tanış olduqdan sonra aydiyyatı orqanlara göstərişlər verməsi nəzərimdən qaçmadı.
Əsas məqamdan biri də o idi ki, O, bəzi həmkarları kimi xüsusi mühafizə müşaiyyəti ilə deyil adi işçilər kimi işə gəlib öz otağına qalxmazdan öncə sadə vətəndaşlarla görüşməyə üstünlük verir.
Sakit ŞİRİNOĞLU