azia.az
azia.az

Ən qəzəbli bürclər - Əsəbiləşəndə...

20-02-2024, 08:58

Ən qəzəbli bürcləri təqdim edilir:


1- QOÇ

Qoç tələsik və təlaşlı təbiəti ilə hər zaman diqqət çəkir. Qoçlar istədikləri hər şeyin bir anda olmasını gözləyirlər. Qoçlar səbirsizdirlər və adətən çox asanlıqla əsəbiləşirlər. Qoç bürcü adamları işlər nəzarətdən çıxanda özlərini gərgin və narahat hiss edirlər. Qoçlar qəzəbləndikdə heç nə görmürlər. Onlar çox zərər verə bilər. Qəzəbləri keçəndə hər şeyi unudub normala qayıdırlar.


2- BUĞA

Buğa bürcləri ümumiyyətlə sakit olaraq bilinsələr də, əsəbiləşəndə dəli olurlar.
Buğa bürcü planlı və qaydalarla dolu həyat yaşayır. Bütün planları alt-üst olanda və məqsədlərinə çata bilməyəndə çox qəzəblənir. Buğanın sakitləşməsi çox uzun çəkir.

3- ŞİR

Şirlər hər işi mükəmməl və qüsursuz etmək istəyirlər. İşlər yolunda getməyəndə çox əsəbiləşə bilərlər. Adətən səhvləri başqalarında axtarırlar. Şirlər əsəbiləşdikdə ətrafdakı insanları çox incidə bilərlər. Onlar qəfil əsəbiləşə və sonra heç nə olmamış kimi davranırlar. Ətrafdakı insanların bu vəziyyəti qəbul etməsi çox çətindir.

4- ƏQRƏB

Əqrəb bürcü insanları sakit qalmaqda çətinlik çəkirlər. Əqrəblər əsəbiləşəndə adətən bunu etiraf etmirlər. Amma həqiqətən onları incidirsənsə, qisas almadan dincələ bilməyəcəklər. Əqrəblər əsəbiləşdikdə onları sakitləşdirmək düşündüyünüz qədər asan deyil. Qəzəbləndikləri zaman onların ətrafında olmaq onları daha da qəzəbləndirəcək. Bu zaman əqrəblərdən uzaq durmaq daha yaxşıdır.

Aygün


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi