azia.az
azia.az

Dolları olmayan kişi həyatı asanmı sanırsan

24-02-2017, 11:53

Dolları olmayan kişi həyatı asanmı sanırsan
Bu dolları icad edən insan zamanında onun mayasına nə qatıb bilmirəm insanlara yüksək təzyiq, ürək, baş ağrıları,yuxusuz gecələrdən başqa heç nə vermir, necə bir bəladırsa camaatın nə gecəsi var, nə gündüzü.

Hətta bir süfrə ətrafında əyləşəndə ailələrin, görüşəndə yaxınlar, dostların müzakirə reytinqinə görö sosial şəbəkələrdə paylaşılanları, dəb və şou biznes dedi-qodularını belə kölgədə qoyan mövzusuna çevrilib. Dolların bahalaşması, devalvasiya, iqtisadi böhranlar və gələcək proqnozlarla bağlı mühakiməlirimiz sayəsində iqtisadçı ekspert, birja analitiklərilə mübahisə edəcək səviyyəyə gəlmişik. Dolların son 2 il ərzində sürətli dəyər artımı insanların psixoloji durumuna və ciblərinə zərərsiz ötüşmədi. Nə yazıq ki, dünya idtisadiyyatında gedən kataklizmalar bizim məmləkətimizdən yan keçmədi. Düzdür bu mərhələni bir az daha yumşaq keçirmək üçün müəyyən tədbirlər görülür.


Dolların məzənnəsinin dəyişməsindən aslı olaraq dərman vasitələrinin ucuzlaşa və bahalaşa bilməsilə bağlı bu yaxınlarda dövlət rəsmilərinin açıqlaması da bu qəbildən olan tədbirlərdəndir. Bu xəbəri eşidəndə mütəmadi olaraq medikomentoz müalicə alan və dərmansız yaşaya bilməyən insanlara qoşulub məndə sevindim. Lakin məntiqim və dolların daha çox yüksələn xəttə meyillənməsi sevincimin çox davam etməsinə imkan vermədi, təbii, bu sahədə qiymətlərin artmasına, elastik olmasına haqq qazandıracaq bəraitlər var, çünki əczaçılıq sahəsinədə idxala da çox üstülük verilir. Lakin qida məhsullarının demək olar ki 2 dəfə bahalaşaraq, kəllə-çarxa çıxan qiymətlərinə isə heç bir izahat tapa bilmirəm. Hələ birinci devalvasiyadan sonra ölkə başçısı, yerli istehsala aid məhsulların qiymətində müşahidə edilə biləcək güclü artıma, xüsusilə də süni qiymət artımına yol verilməməsi ilə bağlı yerli iş adamlarına ciddi xəbərdarlıq etmişdi. Lakin, nə yazıq ki,əsassız əməllərimizlə heyrətləndirmək bizim fitrətimizdədir.

İstər məntiqlə, istərsə də iqtisadi baxımdan köklü bahalaşma siyasəti daha çox idxala sirayət etməliydisə dükan-bazarlarda bütün məhsullarda əvvəlki rəqəmlərlə müqayisəyə belə gəlməyəcək qiymət fərqlərini görəndə bizdə ümumiyyətlə hər hansı yerli istehsal sahəsinin olduğuna şübhə etməyə başladım. Görünən mənzərədən belə nəticəyə gəlinir ki, demə bizdə heç nə istehsal olunmurmuş və tamamilə idxaldan aslıyıq. Əgər elədisə böyük müəssisələr, şirkətlər, iş adamları görəsən nə işlə məşğul olurlar? Ya onlar bir yerə yığışanda nərd, domino, şaşki üzrə çempionatlar keçirməklə məşğuldurlar, ya da uzağı plastik şüşələrə su doldurub satırlar. Üzərində azəri dilində Azərbaycan markası olduğu dolgun və böyük şriftlərlə qeyd olunan məhsullar da sən demə bizim deyilmiş, fanatımız olan xarici şirkətlər öz məhsullarını bizim dilimizdə markalayıblarmış. Bu bir yana,sən demə bizdə yetişdirilən meyvələrin sulanması üçün suyu xaricdən dollarla aldığımıza, ya da su xətləri xaricdən çəkildiyi üçün suyun hesabını dollarla ödədiyimizə görə meyvələr, heyvanların yemi olan ot-ələfi də xaricdən aldığımıza görə yerli süd, ət məhsulları da bahalaşmalı oldu. Digər bir məqam da var, tutalım məhsulların qiymət artımı dolların qlobal bahalaşması ilə tənzimlənirsə görəsən dolların məzənnəsi düşdükdə qiymətlər niyə ucuzlaşdırmırlar? Nə yazıq ki,bütün fikirlərini yalnız öz pulqabılarını bir az da şişirtməyə yönəldən , “milllət necə tarac olur olsun nə işim var” deyən iş adamları bu variantı ağıllarının küncündən belə keçirməyi dşünmürlər. Lakin istənilən əməlin, sirrin üstünün açılması 40 gün çəkər deyirlər. Yaxın günlərdə dövlət rəsmilərinin keçirdikləri monitorinq sürətli bahalaşdırma tendensiyasının pərdə arxasında qalan əsl səbəblərinə tam aydınlıq gətirdi və vəziyyətə yekun damğasını vurdu.

Belə ki, hal –hazırda məhsulların ilkin maya dəyərindən təqribən 150-200 faiz baha satıldığı aşkarlandı. Söhbət məhsulun hazırlanmasından taki vitrinlərə yerləşdirilənədək keçdiyi bir yolda onun bir iş adama başa gələcəyi və sərf oluna biləcəyi ilkin dəyərdən gedir, bu rəqəmi təqribən 2 dəfə şişirmək üçünsə ya riyazı hesablamada doğurdan da kasad olmaq, ya da nəfsin tamamilə əsrinə çevrilərək caamatın cibinə girmək üçün bu qədər fürsətçi olmaq lazımdır. Dollar bayatısı isə nə formada təqdim olunsa da artıq bu qədər faktların qarşısında gücsüz və mənasızdır. Göydən 3 ədəd, fəqət dollarla alınan alma düşən nağıllarının bitmək zamanıdır. Yalanlarla bağlı bəhalərdə belə həqiqətə yaxınlıq olmalıdır ki, sonra günah yükünü çəkmək ağır olmasın. Nəfsinin qurbanı olanları isə Allah islah etsin.

ELÇİN ŞÜKÜR


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi