"Yuxarılar"ın ünvanlı sosial yardım TƏLƏSİ - Tay deyin, vermirik də...
"Gəlin, sizə dövlətimizin, xüsusilə də Nazirlər kabinetinin və ƏƏSMN-nin birgə təşkil etdiyi gözəl bir qanunumuzdan danışım. Deməli belə: gəliri aşağı olan ailələr Ünvanlı sosial yardım üçün müraciət edir, amma burda elə boşluqlar var ki, lap Nastradamus da gəlsə baş çıxara bilməz". Bu barədə sosial şəbəkələrdəki paylaşımında Nicat Aydın Qarayev adlı istifadəçi qeyd edir.
Daha sonra narazı vətəndaş yazır:
1. Əgər siz nə vaxtsa işlətdiyiniz telefon nömrənizi yadınızdan çıxıb qeyd etməsəniz imtina gələcək. Az qala bütün nəsil nəcabət haqqında məlumatı sistemdən baxan ƏƏSMN telefon nömrəsinə sistemdən baxa bilmir.
2. Əgər siz nə vaxtsa ehtiyac olub deyə bir dostunuzdan avtomobil götürüb sürmə etibarnaməsi ilə harasa getmisinizsə, bu, artıq sizin avtomobiliniz var deməkdir və sizə imtina gəlir.
3. Yaxın oturun, ən gülməli qaydanı deyirəm :
- Əgər sən rəsmi olaraq kuryer işləyirsənsə və işin üçün şirkətin avtomobilini etibarnamə ilə sürürsənsə vəzifənin adındakı Kuryer sözünə baxılmadan avtomatik imtina cavabı gəlir. "Kuryersən get piyada apar, sən kimsən avtomobil sürürsən !" ????
4. Vallah o qədər gülməli qaydalar var ki, yazıb başınızı ağrıtmaq istəmirəm....
ƏƏSMN deyir Nazirlər kabinetinin qərarıdır, Nazirlər kabineti deyir ƏƏSMN tərtib edib bu qaydaları. Təəssüflər keçirirəm ki, bu qərarı verən başlar ölkədə zay olur , onların yeri Avropa, Amerikadır...."
Mənbə:My Webpage