azia.az
azia.az

KİV-də hərbi senzuranın tətbiqinin şərtləri açıqlandı

10-11-2016, 12:09

KİV-də hərbi senzuranın tətbiqinin şərtləri açıqlandı
Azərbaycanda ehtiyac yarandıqda hərbi senzuranın tətbiq edilməsi təklif edilib və hərbi senzuranın nədən ibarət olması açıqlanıb

Milli Məclisdən verilən məlumata görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanunun 1.0.3 maddəsində əksini tapıb. (APA)

Maddədə bildirilir ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura – kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi