azia.az
azia.az

Prezident şagirdin dərs buraxmasına görə cərimələnməni ləğv etdi

20-05-2016, 19:23

Prezident şagirdin dərs buraxmasına görə cərimələnməni ləğv etdi Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.


Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv edilib.


Həmin maddə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə - valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilməsini nəzərdə tuturdu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi