azia.az
azia.az

Şəhidimiz uğrunda canından keçdiyi torpağa tapşırıldı

15-04-2016, 11:55

Şəhidimiz uğrunda canından keçdiyi torpağa tapşırıldı Cəbhə boyu döyüş əməliyyatlarının dayandırılmasına dair əldə olunan razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən vəziyyəti gərginləşdirməkdə davam edir.
Aprelin 14-də cəbhədə təxribatlarını davam etdirən Ermənistan silahlı birləşmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutub.
Əhmədov Rüstəm düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olub.
Qarşı tərəfin təxribatı nəticəsində Azərbaycan ordusunun kiçik çavuşu Rüstəm Əhmədov şəhid olub. Şəhidin cənazəsini qarşılamaq üçün Mingəçevir şəhərinin mərkəzinə minlərlə insan toplaşıb.
Əllərində Azərbaycan bayrağını tutmuş izdiham tabutun arxasınca şəhidlər xiyabanına yürüş edib. 33 yaşlı Rüstəmin şərəfi uğrunda canından keçdiyi üç rəngli bayrağı təhvil alan ata oğlunun şəhadəti ilə fəxr etdiyini qeyd edib.
Şəhidin atası Oruc Əhmədov deyib: “Bu gün bizim milli ordumuz hər şeyə qadirdir. Ali Baş Komandanın əmrini gözləyirik. Biz balalarımızın və cəmi şəhidlərimizin qanını yerdə qoymayacağıq. Torpaqlarımızı düşməndən azad edəcəyik.
Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu kiçik çavuş Əhmədov Rüstəm Qoşunların təmas xəttində aprelin 14-də düşmənin növbəti təxribatının qarşısını alarkən şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bildiririk ki, qoşunların təmas xəttində baş verən bu qanlı təxribata görə məsuliyyət bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür və düşmənə veriləcək cavab sarsıdıcı olacaq.
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var. Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Qarabağda döyüşlər zamanı minimum 200 erməni hərbçi öldürülüb, 500-dən çoxu yaralanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi