azia.az
azia.az

"ABŞ bundan sonra Azərbaycana iqtisadi və siyasi dəstək verəcək"

1-04-2016, 13:09

"ABŞ bundan sonra Azərbaycana iqtisadi və siyasi dəstək verəcək" Bundan sonra ABŞ Azərbaycanda həyata keçirilən modernləşdirməyə dəstək ola bilər.
Bu barədə politoloq İlqar Vəlizadə Azərbaycan prezidenti İlham Əliyevin ABŞ prezidenti Barak Obamanın dəvəti ilə martın 31-də Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və bu çərçivədə keçirilən ikitərəfli görüşlər barədə fikirlərini bildirərkən deyib.
Politolqun fikrincə, Azərbaycan prezidenti İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə keçirilən görüşlərində hər iki tərəfdən səsləndirilən fikirlər onu göstərir ki, Azərbaycan-Amerika münasibətlərində ötən illərdəki şərti olaraq müşahidə edilən ağır vaxtlar geridə qalıb və yeni mərhələyə addımlayır:
"Yeni dövrün nə ilə səciyyələnəcəyini biz hələlik yalnız ehtimal edə, müxtəlif mülahizələr irəli sürə bilərik. Amma görüşlərdə səslənən fikirlərə əsasən, demək olar ki, artıq bir neçə istiqamət müəyyən olunub. Bu, ilk növbədə, enerji sahəsində tərəfdaşlıqdır. Bu mərhələdə iqtisadi məsələlər, eləcə də regional təhlükəsizlik, o cümlədən terrorizmlə mübarizə də mühüm rol oynayacaq. Çox güman ki, münasibətlərdəki siyasi format da dəyişəcək.
Yəni bu dövrdə artıq ABŞ-dan Azərbaycanda həyata keçirilən modernləşdirməyə dəstək gözləmək olar. Yəni Amerika Azərbaycandakı həm iqtisadi liberallaşmaya və həm də siyasi proseslərə dəstək verə bilər. Hər halda hər iki məsələdə Amerikanın dəstəyinə ehtiyac var. Güman ki, qarşıdakı illərdə sadalanan bu məsələlərdə irəliləyiş olacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi