azia.az
azia.az

Ukraynanın keçmiş baş naziri Poroşenkonu istefa verməyə çağırıb

10-04-2019, 07:55

Ukraynanın keçmiş baş naziri Poroşenkonu istefa verməyə çağırıb
Ukraynanın hazırkı prezidenti Petro Poroşenko yalnız kütləvi saxtakarlıqla seçkilərin ikinci turunu qazana bilər. "Report" "İzvestiya.ru"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bəyan edib. Onun sözlərinə görə, əhalinin Petro Poroşenkoya real dəstəyi Vladimir Zelenskiyə nisbətdə çox aşağıdır.
"Bu halda hazırki prezidentin yalnız bir çıxış yolu qalır - istefa vermək. Namizədlərin reytiniqi onların şanslarını müəyyən edir. Bunu müqayisə etmək isə gülüncdür. Zelenskiyə dəstək onu rəqibindən iki dəfə çoxdur. Poroşenkonun yerinə olan hər hansı bir normal şəxs istefa verərdi. Prezident seçkilərinin birinci turunun nəticəsi sırf Poroşenkonun əhalini bezdirməsi ilə bağlıdır". "İzvestiya" nəşri qeyd edir ki, müaxlifətdə olan partiyalar reytinqlərinə mənfi təsir edəcəyindən çəkinərək, açıq şəkildə V. Zelenskini dəstəkləməsə də öz seçicilərinə P. Poroşenkonun əleyhinə səs verməyə çağırırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi