azia.az
azia.az

“Köhnə qvardiya” toplanır, “91-lər” meydana qayıdır — Sabiq deputatdan SENSASİYALI AÇIQLAMALAR

29-03-2019, 08:10

“Köhnə qvardiya” toplanır, “91-lər” meydana qayıdır — Sabiq deputatdan SENSASİYALI AÇIQLAMALAR
""Köhnə qvardiya"nın yenidən toplanması çox yaxşı ideyadır". Sfera.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Məclisin keçmiş deputatı, əməkdar jurnalist Rizvan Cəbiyev deyib. O bildirib ki, əslində YAP-ın əvvəlki üzvlərinin bir yerə yığışması ideyası var: "Hazırda "91-lər" Hərəkatı mövcuddur, bizim onun adını alıb, bu gün sağ qalan "91-lər"in təşkilatını yaratmaq fikrimiz var. Güman edirəm ki, ideyamız bu il həyata keçəcək və ya keçə bilər. Həmin ideyanın hazırda hansı mərhələdə olduğunu bilmirəm, ancaq güman edirəm ki, bunun təşkilatçısı bir az içəridə olanlardır, biz isə təqaüddə olan adamlarıq". R.Cəbiyev əlavə edib ki, "köhnə qvardiya"nın yenidən toplaşması üçün lider lazımdır:"Bu söhbət olub və baş tutsa, çox gözəl olar. Çünki sağlam ideya ətrafında birləşmək həmişə ölkə, gündəm üçün vacibdir, bunun ziyanı yoxdur. Biz 7-8 nəfər Heydər Əliyevin anım günlərində yığışırıq, onun məzarını ziyarətə gedirik, gül qoyuruq, otururuq, danışırıq. Bundan başqa özəl günlərdə də yığışıb, söhbətləşib, yeyib-içib qayıdırıq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi