Baş nazir: "Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır"
"Bolqarıstanla Azərbaycan arasında yaxşı münasibətlər uğurlu hərbi əməkdaşlığın əsasıdır".
Azia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın Baş naziri Boyko Borisov bu ölkədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla görüşündə deyib.
Görüş zamanı tərəflər hərbi əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin keçirilməsi, eləcə də hərbi təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.
Baş nazir qeyd edib ki, Bolqarıstan NATO-nun üzv ölkəsidir və özünün müdafiə qabiliyyətinin inkişafı üçün ciddi səylər göstərir.
Görüşdə, həmçinin Bolqarıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Botsev və müdafiə nazirinin müavini Atanas Zapryanov iştirak ediblər.