azia.az
azia.az

4 DİL BİLƏN, ƏKİZ QIZLARI OLAN, İSTİRAHƏTƏ YARIM MİLYON DOLLAR XƏRCLƏYƏN PREZİDENT…- Biznesdən siyasətə gələn Pyotr Poroşenko...

19-10-2018, 08:43

4 DİL BİLƏN, ƏKİZ QIZLARI OLAN, İSTİRAHƏTƏ YARIM MİLYON DOLLAR XƏRCLƏYƏN PREZİDENT…- Biznesdən siyasətə gələn Pyotr Poroşenko...
4 DİL BİLƏN, ƏKİZ QIZLARI OLAN, İSTİRAHƏTƏ YARIM MİLYON DOLLAR XƏRCLƏYƏN PREZİDENT…- Biznesdən siyasətə gələn Pyotr Poroşenko...

Pyotr Poroşenko 1965-ci ildə Odessada anadan olub. Atası Aleksey İvanoviç və anası Yevgeniya Sergeyevna da bu vilayətdə dünyaya göz açıb. Sadəcə həmin vaxt bu ərazi Rumıniyanın tərkibində idi. Bəzi məlumatlara görə, Poroşenko Ukrayna, rus, ingilis dilləri ilə yanaşı, rumın dilində də sərbəst danışır.

Gələcək prezidentin ailəsi 1974-cü ildən Benderı və Tiraspolda (hazırda tanınmamış Dnestryanı bölgəsinin tərkibində olan ərazilər) yaşayıb. Poroşenko 16 yaşında Kiyev universitetinin “Beynəlxalq əlaqələr və beynəlxalq hüquq” fakültəsinə daxil olub və oranı 1989-cu ildə başa vurub.

90-ların əvvəllərində Poroşenko kakao satışı ilə məşğul olmağa başlayır. İlk vaxtlar oğlunun biznes imperiyası qurmasına atası dəstək olur. Sonralar isə Poroşenkonun siyasi əlaqələri atasının biznesinin inkişafına təkan verir.

1998-ci ildə Pyotr Poroşenko Ali Radanın üzvü seçilir. Atası isə «Ukrprominvest» konserninin baş direktoru olur. Sonralar Aleksey İvanoviç də özünü siyasətdə sınamağa qərar verir. 2006-cı ildə Vinnitsa vilayətindən deputat seçilir. Dörd il sonra isə parlamentdə nəvəsi ilə -Pyotr Poroşenkonun böyük oğlu Alekseylə birgə təmsil olunur.

2000-ci illərdə – oğlu Ali Radada olduğu müddətdə Aleksey İvanoviç yüksək dövlət mükafatları ilə təltif edilir. 2001-ci ildə kənd təsərrüfatının əməkdar işçisi mükafatını alır, 2007-də 5-ci dərəcəli knyaz Yaroslav Mudrıy ordeni ilə təltif olunur, 2009-da isə Ukrayna qəhrəmanı adını alır.

Oğlu Pyotr Poroşenko prezident olandan sonra Aleksey İvanoviç prezidentə verilmiş AA0001AA dövlət nömrə nişanlı avtomobildə gəzməyə başlayır. Poroşenko özü isə heç vaxt belə nömrə nişanlı avtomobillərdə görünməyib. Görünür, o, bu avtomobildə gəzməyi atasına daha çox layiq bilib.

Poroşenko gələcək həyat yoldaşı Marina ilə universitetin birinci kursunda – qış sessiyası zamanı diskotekaların birində tanış olub. Marina Poroşenkodan üç yaş böyük idi və Tibb İnstitutunda təhsil alırdı. Marina bu ixtisası təsadüfən seçməmişdi. Atası Anatoliy Mixayloviç Perevedentsev o vaxt Ukrayna SSRİ-də səhiyyə nazirinin müavini idi.

Marina müsahibələrində Pyotr Poroşenkoya ilk baxışdan aşiq olduğunu deyib. Gənc Poroşenko Marinını ilk tanışlıq zamanı özünə rəqs və ünsiyyət qabiliyyəti ilə cəlb edibmiş.

Yay sessiyası başa çatandan sonra cütlük daha tez-tez görüşməyə başlayır. Həmin vaxt Marina valideynləri ilə birgə yaşayır, Pyotr isə yataqxanada tələbə yoldaşı ilə bir otaqda qalırdı. Gənclər əsasən parklarda, kino və konsertlərdə zaman keçirirdilər.

Bir il davam edən münasibətdən sonra gənclər ZAQS-a müraciət edirlər. Bu nikah Marinanın anasının ürəyincə deyildi və o, hesab edirdi ki, ailə həyatı qızının təhsilinə mane olacaq. Nikahdan cəmi bir həftə sonra Poroşenkoya çağırış vərəqəsi gəlir və o, Baykonur rayonuna hərbi xidmətə yollanır.

Hərbi xidmət dövründə – 1985-ci ildə cütlüyün ilk övladı Aleksey dünyaya gəlir. Bu münasibətlə Poroşenkonu daha yaxına – Kiyevə göndərirlər.
Hərbi xidməti başa vurandan sonra Poroşenko institutda təhsilini davam edirir, sonra isə bizneslə məşğul olmağa başlayır. Poroşenkonun ən məşhur biznesi “Roshen” korporasiyasıdır. Bu quruma Ukraynada bir neçə, xaricdə isə Lipetsk, Klaypeda və Budapeşt şəhərlərində yerləşən üç fabrik daxildir.

“Forbes” jurnalının məlumatına görə, Poroşenkonun mülkiyyətinə “Aqroprodinvest” qrupu, Dnepropetrovsk nişasta kombinatı, “Leninskaya kuznya” zavodu, “5-ci kanal” və “Podolye” ərzaq şirkəti daxildir. Son illərə qədər məşhur “Boqdan” avtokorporasiyası da onun biznes maraqları dairəsinə daxil edilirdi.

Rəsmi olaraq Poroşenkonun biznesi ilə onun atası məşğul olurdu. Çünki özünün belə fəaliyyətinə qanunla icazə verilmirdi.

Xanımı Marina həkim-kardioloq kimi fəaliyyət göstərir və dissertasiya müdafiə edir. Yeri gəlmişkən, Marina müstəqil Ukraynada ilk elmi dərəcə alan şəxsdir.


2000-ci ildə cütlüyün əkiz qızları – Yevgeniya və Aleksandra dünyaya gəlir. Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko isə qızların xaç atası olur.

Əkizlərin doğulmasından bir il sonra ailədə dördüncü uşaq – Mixail dünyaya göz açır.

Həyat yoldaşının dediyinə görə, Poroşenko uşaqlarla vaxt keçirməyi çox sevir. İşdə ciddi rəhbər olan Poroşenko evdə uşaqlara qarşı tamamilə fərqlidir: “Onlar ataları ilə ürəyləri istəyən kimi oynayırlar. O da böyük zövqlə buna icazə verir”.

Poroşenkonun böyük oğlundan iki nəvəsi var – Yelizaveta və Pyotr.

Ukrayna prezidenti və xanımı aktiv istirahəti çox sevir. Cütlük demək olar ki, dünyanın yarısını gəzib. Prezident seçiləndən (2014) sonra Poroşenko və xanımı Avstriya, İspaniya və Maldivlərə istirahətə getmişdi.

Poroşenko xanımına ad günlərində “putyovka” hədiyyə edir. Xaricə getməyə vaxt olmayanda Pyotr və Marina Kiyevin əyləncəli məkanlarına baş çəkir.

Prezidentin Maldiv adalarındakı tətili mətbuatda uzun müddət müzakirə olunmuşdu. Jurnalistlər üzə çıxarmışdılar ki, Poroşenko bu tətilə yarım milyon dollar xərcləyib. Bu qalmaqala görə Poroşenko ötən qış öz administrasiyasına tapşırıq vermişdi ki, istirahət üçün ona Ukrayna ərazisində kurort zonası tapsınlar.

Poroşenko idmanla məşğul olmağı sevir. Hobbisi arxeoloji əşyalar və rəsm əsərləri toplamaqdır. Nəqliyyat vasitələrinə də böyük marağı var. Deyilənə görə, Ukrayna prezidentinin bir neçə avtomobili və yaxtası var.

“Forbes”in hesablamalarından belə məlum olur ki, Poroşenkonun sərvəti azı 1,5 milyard dollardır.

Tərcümə Strateq.az-ındır


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi