Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Azia.az azərtac-a istinadla xəbər verir ki, dövlətimizin başçısına məktəbdə görülən işlər barədə məlumat verilib.
Eyni zamanda Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib. Prezident İlham Əliyev bu təhsil ocağında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verilib.
Prezidenti həmçinin Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısına məktəbdə görülən işlər barədə məlumat verilib.