azia.az
azia.az

Azərbaycan ilə Oreqon ştatı arasında əməkdaşlıq imkanları müzakirə edilib

2-03-2016, 09:06

Azərbaycan ilə Oreqon ştatı arasında əməkdaşlıq imkanları müzakirə edilib Azərbaycanın Los Ancelesdəki baş konsulu ABŞ-ın Oreqon ştatının qubernatoru ilə görüşüb.
Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın Oreqon ştatına etdiyi işçi səfər müddətində ştatın qubernatoru xanım Keyt Braun (Kate Brown) ilə görüş keçirərək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Görüş zamanı, Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə, xüsusilə limançılıq, kənd təsərrüfatı, turizm, informasiya texnologiyaları və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.
N.Ağayev, eyni zamanda qubernatora Azərbaycanın tarixi, müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, tolerantlıq və multikulturalizm ənənələri haqda məlumat verib.
Diplomat, müsəlman dünyasında ilk dünyəvi və demokratik respublikanın Azərbaycanda qurulduğunu və ilk dəfə qadınlara səsvermə hüququnun məhz Azərbaycanda verildiyini diqqətə çatdırıb.
Baş konsul, həmçinin, Azərbaycanın qədim tolerantlıq və multikulturalizm ənənələri barədə söz açaraq, bu gün ölkəmizdə müxtəlif dinlərin və millətlərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib. N.Ağayev, son dövrlərdə dünyanın müxtəlif yerlərində artan dini-etnik dözümsüzlük və zorakılıqlar fonunda Azərbaycanın uğurlu tolerantlıq modeli nümayiş etdirdiyini və artıq özünü kifayət qədər təsdiq etmiş bu modelin beynəlxalq ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandığını vurğulayıb.
Öz növbəsində, qubernator Brown keçirilən görüşdən məmnunluq duyduğunu ifadə edərək, Azərbaycan ilə Oreqon ştatı arasında müxtəlif sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını söyləyib.
Qeyd edək ki, Oreqon ştatına işçi səfəri zamanı baş konsul N.Ağayev, həmçinin, ştatın dövlət katibi Cin Atkins (Jeanne Atkins), hər iki partiyanı təmsil edən müxtəlif qanunvericilər, ştatın ən böyük şəhəri olan Portlandın meri Çarli Heyls (Charlie Hales) ilə görüşlər keçirib, Portland Ştat Universitetində tələbələr qarşısında çıxış edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi